Bəzən insanlar şəxsiyyətlərindəki bəzi mənfi xüsusiyyətləri dəyişdirmək istəyirlər, ancaq göstərdikləri səyə baxmayaraq buna nail ola bilmirlər. Belə şəraitdə şeytanın bu insanları yönəltdiyi ilk düşüncə, “şəxsiyyətlərinin sabit və dəyişməz olduğunu; dolayısı ilə nə qədər səy göstərsələr də xarakterlərini dəyişdirə bilməyəcəkləri” şəklindədir. Şeytan bu şəxslərə xüsusilə də, “əllərindən gələn hər şeyi etdiklərinə; ancaq yenə də heçbir dəyişiklik olmadığına” inandırıb onların gözəl əxlaqdan yana göstərəcəkləri səyi saxlamaq istəyir.
Şeytanın bu təlqininə qulaq asan şəxs nəfsindəki qürur, eqoizm, qısqanclıq, kin, hirs kimi xüsusiyyətlər ilə qarşılaşdığında vicdanından başqa güclü rəftar göstərə bilmir. Şəxsiyyətindəki mənfi rəftarlara qarşı mübarizə apara bilmir. “Necə olsa da başqa çarə yoxdur” deyərək bu xüsusiyyətləri mühafizə edir. Ətrafındakı insanlara da, “bunlar mənim pis xüsusiyyətlərim olduğunu bilirəm, çalışın məni belə də qəbul edin”, “mən bu sahədə nəticəyə gələ bilmədim, bu səbəblə məni belə yola verin” deyir.
Halbuki iman edən, Quran ayələrindən xəbərdar olan hər insanın çox yaxşı bildiyi kimi, bu şəxsin önə sürdüyü bütün məntiqlər yanlışdır. Yalnızca şeytanın aldadışından ibarətdir.
Çünki Allah hər insanın nəfsini əslində eyni xüsusiyətlərlə yaratmışdır. Hər insan, özünə hər cür yaxşılığın, xoş rəftarın, gözəlliyin yolunu göstərən vicdana sahibdir. Eyni şəkildə yenə insanın nəfsində, pisliyin hər cürünü reallaşdıracaq bilgi də mövcuddur. Dolayısı ilə əslində gözəl əxlaqlı yaxşı insan ilə pis əxlaq nümayiş etdirən insan, əslində eyni şərtlərdə və eyni bilgilərə sahibdirlər.
Allah Quranda insanları, nəfslərindəki yaxşılıq və pisliklərlə birlikdə yaratdığını, ancaq onlara bu pisliklərdən arınıb təmizlənmənin yolunu da öyrətdiyini; dilədiyinin yaxşı, dilədiyinin isə pis olmasını istədiyini bildirmişdir:
Bu, Quranı oxuyan hər insanın bildiyi həqiqətlərdir. Dolayısı ilə imanlı insanın, “nəfsindəki pis xüsusiyyətləri tərgitməyin üsulunu bilmədiyi və səy göstərdiyi halda bu mövzuda müsbət nəticə əldə etmədiyini” söyləməsi məqsədə uyğun deyildir. Allah Quran vasitəsi ilə, vicdanı ilə hər insana nəfsini arındırmağın yolunu göstərmişdir.
Belə olduğu təqdirdə böyük ehtimalla bu şəxs, lazım olandan daha az səy göstərmiş; ya əlverişli nəticə əldə etmiş amma bunda sabit və qərarlı olmamış, iradə göstərib bunu davam etdirməmişdir; ya da göstərdiyi səyi həyatının hər sahəsinə aid etməmişdir. Bəzi insanlara, müəyyən hadisələrə, müəyyən olunmuş şərtlərə qarşı vicadanı ilə cavab vermiş, iradə göstərmiş, nəfsindəki pis xüsusiyyətləri aradan qaldırmış; amma yenə müəyyən sahələrdə nəfsini haqlı göstərərək öz əvvəlki şəxsiyyətini saxlamışdır.
Halbuki Allah qatında məqbul olan, insanın hər şərtə uyğun, hər hadisədə, hər insana qarşı nəfsinin istədiyi pislikləri tərgitməsi; vəziyyətə görə dəyişkən müəyyən olunmuş “dözümlülük həddi”nin olmamasıdır. Bir çox çətin və sıxıntılı hadisə üst- üstə gəlsə də, qarşısına özündən daha çox qüsuru olan, dözümsüz, mərhəmətsiz, hirsli, əks və ya uzlaşması mümkün olmayan insanlar çıxsa da, möminin yenə də gözəl əxlaqda qərarlılıq göstərməsi lazımdır. Allah bəzən imtahanın şərtlərinə uyğun olaraq çətinlikləri ard- arda yaradır. Müalicəsi olmayan xəstəliklər, maddi çətinliklər, ətrafdakıların atdığı iftiralar, təzyiqlər, təsirlər və şeytanın vəsvəsələri eyni vaxtda bir insanın həyatında baş verə bilər. Ancaq həqiqi möminlər qarşıya çıxan, həqiqətən səmimi iman edən şəxslərin ayırd edilməsi imkanını yaradan hadisələr də bunlardır.
Bu səbəbdən səmimi bir mömin heç vaxt üçün özünün şeytanın təsirlərinə məhəl qoyaraq gücsüzlüyünü qəbul etmir. Nə danışıqlarında, nə də düşüncələrində əsla özünə zəiflik təsiri bağışlamır. Əksinə nəfsindəki pis xüsusiyyətlərə, şəxsiyyətindəki çatışmazlıqlara qarşı kəskin iradə nümayiş etdirib güclü xarakterə malik olduğu göstərir. Mömin, Allahın rızasını qazanmaq üçün, deyil şəxsiyyətindəki bir neçə çatışmazlıq, dünya həyatında qarşısına çıxa biləcək hər cür çətinlik və sıxıntıya sinə gərməyə hazırdır. Əsl həyatın, axirətdə olduğunu; dünya həyatının isə - Allahın lütf etdiyi tayı bərabəri olmayan nemətlərlə birlikdə, daha çox sahədə də sınanacağı həqiqətini bilir.
Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl (sahibləri) Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbr edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır. (Bəqərə surəsi, 177)
Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: “Allahın köməyi nə vaxt (gələcək)?”– dedilər. Həqiqətən, Allahın köməyi yaxındır. (Bəqərə surəsi, 214)