Ən başlıcası insanlar arasında “verdiyi sözə əməl edən” insan olması əsasdır. İnsanların əksəriyyəti, bu xüsusiyyətə malik insanlara hörmət bəsləyirlər. Bu insanların digər insanların əldə edə bilmədikləri xüsusiyyətə sahib olduğuna inanır; göstərdikləri dürüstlük və qətilik şəxsiyyət səbəbindən bu insanlara qarşı dərin heyranlıq duyurlar.
Halbuki bu tamamilə yanlış baxış prizmasıdır. Çünki əsl üstünlük, bir insanın daima öz dediyini etdirməsi, hər sahədə özünü haqlı çıxarması və tək söz sahibi özünü görməsi deyildir. Əksinə bu, hər insanın göstərə biləcəyi rəftardır. Nəfs insanı bu istiqamətdə təşviq etməkdə və dəstəkləməkdədir. İnsanın daima özünü haqlı çıxarmaq kimi xüsusiyyətlər daima nəfsin xoşuna gəlir. Dolayısı ilə insanın daima üstün gəlmək, haqlı çıxmaq və dediyini etdirmək səbəbi ilə sevincli olması və özünü başqalarından üstün görməsi yersizdir. Eyni şəkildə ətrafındakı insanların da, belə bir insana hörmət və heyranlıq hiss etməsi yanlışdır.
Əsil üstünlük, öz şəxsiyyətindən, eqoizmindən və qürurundan- Allah rizası üçün- uzaqlaşması; öz nəfsinin istəklərindənsə, Allah rizasının olacağı əxlaqı göstərməyi üstün tutmasıdır. davamlı olaraq öz istədiyinin arxasınca getməkdənsə, - Allah rizası üçün- təvazökarlıqla hərəkət edib, başqalarının fikirlərinə və sözlərinə qiymət verə bilməsidir. Əsil əmək sərf edilməsi lazım olan və dolayısı ilə hörmət və heyranlıq duyulması lazım olan əxlaq şəkli budur. Çünki nəfsə çətin gələn də elə budur.
Bu həqiqəti lazımlı dərəcədə düşünməyən insanlar, başqalarına üstünlük vermək kimi üstün əxlaq göstərən insanları görmürlər. Bu insanların guya ki, qarşı tərəfin özlərindən üstün olduqları üçün belə əxlaq nümayiş etdirdiklərini düşünürlər. Hətta bəzən bu insanları şəxsiyyətsiz adlandırırlar. Halbuki belə əxlaq göstərən şəxs, o məqamda Allah qorxusu ilə hərəkət etməkdə, vicdanının səsinə qulaq asaraq və Allahın razılığını qazanacaq şəkildə davranış göstərməkdədir. Geriyə addım atmasının tək səbəbi elə budur. Bunun əvəzinə qarşı tərəflə haqlı olub, olmama yarışına girib üstün gəlmək; inadla və israrla öz dediyini etdirməyə çalışanın və təvazökarlıqdan uzaq, qürurlu əxlaq nümayiş etdirməklə Quran əxlaqı ilə ayaqlaşmayacağını bilir. Dolayısı ilə əxlaq və vicdan olaraq əsl üstün olan da, dediyini etdirən insan deyil, Quran əxlaqı ilə hərəkət edərək böyüklük göstərən şəxsdir.
Öz dediyi edilən kimsə, bu vəziyyət səbəbi ilə sevincə qapılır və özü ilə qürur duyur. Qarşısındakı, geri addım atan, onun sözünə hörmət bəsləyərək təvazökarlıq edən şəxsin əxlaqındakı üstünlüyü görə bilmir. Hadisələrin təbii axarı və xüsusilə də özündəki üstün şəxsiyyəti nəticəsində bu nəticəni əldə etdiyini zənn edir.
Halbuki, insanları və hadisələri Quran əxlaqına görə qiymətləndirənlər, xaricdən bu şəxs tərəfindən qalib gəlinmiş kimi görünsə də, onun sözünə əhəmiyyət verilsə və onun dedikləri olsa da, həqiqətəd kimin əxlaqının və şəxsiyyətinin daha üstün olduğunu çox açıq şəkildə görürlər.
Daha da vacibi isə, vicdanına qulaq asan, təvazökarlıq göstərən, haqqındam keçən, gerodə qalmağı qəbul edən bir şəxs, Allahın bəyəndiyi və razı olacağını bildiyi əxlaqı göstərmiş olur.Dolayısı ilə, dünyada insanlar tərəfindən görünməsə belə, üstün hesab edilməsə və təqdir edilməsə də, heç bir halda uduzmuş olmur. Əksinə inşaAllah, Allah Qatında və axirətdə Rəbbimizin rizasını qazanlardan olması gözlənilir, ki əsil üstünlük də budur.