Kimlərə öyüd verilər?
Allah Quranda kimlərin öyüd alıb düşünəcəyini bildirmiş və möminlərə "Əgər nəsihət etmək fayda versə, öyüd-nəsihət ver!" (Əla surəsi, 9) ayəsi ilə bu xüsusiyyətlərə malik olan insanlara öyüd-nəsihət vermələrini əmr etmişdir. Allah öyüd verilməli insanların xüsusiyyətlərini belə xəbər verir:
... Bununla Allah`a və axirət gününə iman gətirənlərə öyüd-nəsihət verilir... (Talaq surəsi, 2)
(Allah`dan) qorxanlar öyüd-nəsihət götürərlər. (Əla surəsi, 10)
... Yalnız ağıl sahibləri öyüd-nəsihət qəbul edərlər! (Rad surəsi, 19)
… Ancaq (Allah`a )üz tutanlar ibrət alarlar! (Ğafir surəsi, 13)
… Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver! (Qaf surəsi, 45)
Sən öyüd-nəsihət ver. Çünki öyüd-nəsihət möminlərə fayda verir. (Zəriyət surəsi, 55)