Kədər Allahın Quran ayələri ilə qadağan etdiyi bir davranış pozuqluğudur. Allaha iman edən, Allahın sonsuz gözəl əxlaqını, sonsuz gücünü bilən bir insan üçün kədərlənəcək heç bir şey yoxdur. Allah, o adamın qədərində nə yaradırsa yaratsın, bu, o adam üçün ola biləcək ən qiymətli, ən hikmətli, ən gözəl və ən xeyirli olandır. Allah sonsuz ədalətlidir. Allah qullarını çox sevəndir. Allah mömin qulları üçün hər şeyi "xeyir" olaraq yaradandır. Allah əzabı, çətinliyi yaradır, ancaq bütün bunları, mömin qullarının daha gözəl əxlaqlı ola bilmələrinə və axirətdə daha gözəl bir qarşılıq ala bilmələrinə vəsilə olması üçün yaradır. Bu səbəbdən mömin, yoxsulluq içində olsa da, çətinlik çəksə də, xəstə olsa da, tək qalsa da, bir çox şeydən məhrum və zərər çəkmiş vəziyyətdə qalsa da (Allahı tənzih edərik, Allah sonsuz ədalət sahibidir), bunların heç birini bir kədər vəsiləsi olaraq görməz. Əlbəttə ki, bütün bu şərtlərin; çətinlik və ağrının, çətinlikləri vardır. İnsan maddi mənəvi bir çox baxımdan həqiqətən çox çətinlik çəkdiyi vəziyyətlərlə qarşılaşa bilər. Amma məsləhətli olan, hətta bu şərtlərdə də insanın, Allahın sevgisindən əmin olması, Allahın rəhmətinə ümid etməyin rahatlığını, sevincini yaşamasıdır. Çətinliklərə görə ümidsizliyə qapılmamalı (Allahı tənzih edərik), problem və çətinlikləri dünya həyatının "kədərlənməsi lazım olan vəziyyətlər"i olaraq görməməlidir.
İnsanlara çox kiçik yaşlarından etibarən təlqin edilən bəzi inanclar vardır. Bunlar ümumiyyətlə cəmiyyətdə hakim olan anlayışın bir parçasıdır. Bir insanın nələrdən qorxması, nələrə sevinməsi, nələrə küsməsi, nələrə kədərlənməsinin lazım olduğu kimi bütün məlumatlar, bu yaşlarda insanlara təlqin edilir. İnsanların, xoşlarına gəlməyən bir vəziyyətlə qarşılaşdıqlarında dərhal kədərlənməyə meyl etmələrinin bir səbəbi də, ona illər boyu yeridilmiş bu təlqinlərdir. Nəfsin insanı hüsrana, ümidsizliyə, kədərə, əlacsız və çarəsiz olduğuna inandırmağa qarşı bir meyli onsuz da vardır. Buna əlavə olaraq cəmiyyətdən alınan təlqinlər əlavə olunduğunda, -iradəsini, ağılını, vicdanını istifadə etməyən bir çox insan- özünü asanlıqla kədərə təslim edər. Kədərin içinə tam girdiyində isə, bu adamı, xarici bir müdaxiləylə ağıllı bir yola çəkə bilmək çox çətin hala gəlir. Belə insanlar ümumiyyətlə kədəri bir həyat tərzi olaraq mənimsəyirlər. Allahın gücünü, ədalətini, mərhəmətini, sevgisini, dualara cavab verən və hər şeyi xeyrlə yaradan olduğunu düşünmək istəməzlər. Bunun yerinə həmişə (Allahı tənzih edərik) nə qədər zərər çəkdiklərinin dəlillərini düşünüb özlərini daha da kədərli bir hala salmağı seçərlər.
İnsan həqiqətən çox əzab çəkə bilər və bunu xaricdən seyr edən insanlar tam olaraq anlayamaya bilərlər, bu vəziyyətin o adama verdiyi fiziki və ya ruhi narahatlığın ölçülərini təxmin etməyə bilərlər. Amma hər nə olursa olsun, heç bir mövzuda həll yolu kədərlənmək deyil. Kədərlənmək, hər şeydən əvvəl Allahın haram etdiyi bir davranışdır. Möminin sadəcə bunu bilməyi, dərhal bu davranışdan uzaqlaşıb çəkinməsi üçün kifayətdir.
Bununla yanaşı bir insanın öz-özünə bu sualları mütləq soruşması lazımdır:
- Kədərlənməyin içərisində olduğum vəziyyəti dəyişdirməyə hər hansı bir köməyi varmı?
- Kədərləndikdə, məsələlər həll olunurmu?
- Kədər mənə hər hər hansı bir fayda verirmi?
- Kədər, həyatıma müsbət istiqamətdə təsir edirmi?
Bu sualların heç birinin cavabında kədəri məsləhət göstəribiləcək bir sübut yoxdur. Kədərin insana hər hansı bir baxımdan və çox kiçik də olsa, gətirdiyi heç bir fayda yoxdur. Insanın kədərlənməsi, içərisində olduğu şərtlərin dəyişməsinə heç bir təsir etməyən bir davranışdır. Kədərin, onu rahatlaşdıran, rahatlıq və fayda təmin edən hər hansı bir tərəfi də yoxdur və kədər, heç bir insanın həyatına müsbət yöndə də təsir etməz.
Yaxşı, bəs kədər insana nə verir?
- Kədər insanı, fiziki olaraq da, mənən də məhv edir.
- İnsanın ağılını örtür, doğru düşünməsinə, hadisələrə həqiqi qiymət verməsinə, həll yollarını görə bilməsinə tamamilə mane olur.
- Adamın bütün gücünü çəkib alır. Belə bir insan, fiziki olaraq da, mənəvi olaraq da çox zəifləyər. Mübarizə aparacaq, səy göstərəcək gücü haradasa heç qalmaz.
- Kədər, insanı sürətlə yaşlandırar.
- İnsanı xəstə edər. Belə bir kimsə, həmişə yeni xəstəliklərlə qarşılaşır. Bədən müqavimətini itirir.
- Bədbəxtdir. Gözəlliklər, yaxşılıqlar onu xoşbəxt etməyə kifayət etmir.
- Ətrafındakı nemətləri görə bilmir.
-Getdikcə kədəri sevməyə başlayar. Həmişə ağrılarını, çətinliklərini düşünüb daha da çox kədərlənmək istər.
- Kədərdən xilas olmaq, kədərlə mübarizə aparmaq əzmini itirər. Hər fürsətdə özünü kədərə təslim etməyi həyat tərzi halına gətirər.
- Təkliyi sevməyə başlayar. Tək qalıb, kədərlərini düşünmək, qurduğu ssenarilərə kədərlənmək, gələcəyə yönəlik ümidsiz (Allahı tənzih edərik) proqnozlara qapılmaq, ağlamaq, ona ətrafındakı bir çox nemətdən daha cazibədar gəlir.
- Həyata sevincini və həyata əzmini itirər.
Burada qısa şəkildə təsvir edilən bir neçə əsas belə, kədərin insana heç bir fayda vermədiyini və tam tərsinə həm fiziki həm də mənəvi baxımdan insanda böyük təxribatlar meydana gətirdiyini ortaya qoyur. Kədər çox böyük bir vaxt itkisidir. Faydalı heç bir tərəfi yoxdur. Bu səbəbdən insanın özünü kədərə təslim etməyi çox böyük bir ağılsızlıqdır. Eyni zamanda öz məqsədinə də tam olaraq ziddir. İnsanın hədəfi, yaşadığı çətinliklərdən xilas ola bilməkdir. Kədər isə, xilas olmaq bir tərəfə qalsın, insanı yeni çətinliklər içinə salan başqa bir çətinlikdir.
Hər insanın, kədər mövzusundakı bu əhəmiyyətli həqiqəti görə bilməsi son dərəcə əhəmiyyətlidir. Ağılını istifadə edən bir insanın, özünə heç bir faydası olmayan, yalnız əzab gətirən, zərər verən, çətinliyə salan bir sistemi gözəl görüb qəbul etməsi mümkün deyil. Ənənələr, köhnə vərdişlər, cəmiyyətdəki ümumi reaksiyalar kədərlənməyi nə qədər məqbul göstərirsə göstərsin, ağlı olan bir insan bu təlqinlərin təsirindən çıxmağı bacarmalıdır. Necə ki, insan zəhərli bir maddənin bədəninə, ağılına, həyatına verəcəyi zərəri görüb bundan çəkinirsə, eyni şəkildə kədərin də təsirlərini görüb, bundan zəhərdən çəkinən kimi çəkinməlidir. Allah, kədərin zərərlərini insanlara xüsusi olaraq göstərir. Hər bir insan, öz həyatında kədərin zərərli təsirlərini açıq aşkar görə bilər. Bu da Allahın rəhmətinin bir təcəllisidir. Allah kədəri haram etdiyini Quran ayələriylə insanlara bildirmişdir. Ancaq bu şəkildə Allah, insanların öz vicdanları ilə düşünərək bu əxlaq pozuqluğunu dərk edib çəkinmələri üçün onlara bir yol göstərir. Üstəlik insanın sevinəcəyi, xoşbəxt olacağı o qədər çox şey vardır ki, bunları görməməzliyə vurmaq mömin üçün mümkün deyil. Qullarını çox sevən, onların bütün dualarına cavab verən, sonsuz mərhəmət sahibi, sonsuz ədalətli, sonsuz ağıllı, sonsuz yaratma gücünə sahib və sonsuz qüdrətli bir Rəbbimiz olduğunu bilmək və Allaha könüldən iman etmək, dünyadakı ən böyük nemətlərdən biridir. Allah qulları üçün saymaqla qurtara bilməyəcəkləri qədər çox nemət yaratmışdır və Allah gözəl xasiyyətli olan, səmimi olan qullarını, Öz razılığıyla, sonsuz cənnət həyatıyla və sonsuz nemətləriylə müjdələmişdir. İnsan dünyanın ən çətin şərtləri altında belə olsa -ki bu çətinliklər də Allahın rəhmətinin bir təcəllisi və xeyrlə yaradılan imtahan vəsilələridir-, bu böyük nemətlərin sevinci, insanın kədərlənməməsi, xoşbəxt olması və ümidvar olması üçün kifayətdir.
Səba (tayfasının) yurdunda bir nişanə var idi. (Orada) sağdan və soldan (dağla əhatə olunmuş) iki bağça var idi. (Səba əhlinə belə buyurulmuşdu:) “Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin. (Yurdunuz) gözəl bir diyar, (Rəbbiniz də) bağışlayan bir Rəbbdir!” (Səba Surəsi, 15)