Gözəl Mövzular


Kainatın genişlənməsi


Kainatın genişlənməsi

Astronomiyanın hələ inkişaf etmədiyi dövrdə, 14 əsr əvvəl nazil edilmiş Qurani-kərimdə kainatın genişləndiyindən belə bəhs edilir:

Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndirməkdəyik. (Zariyat surəsi, 47)

Yuxarıdakı ayədə işlədilən "göy" sözü Quranın bir çox yerində kosmos və kainat mənasında istifadə edilir. Belə ki, burada da bu mənada istifadə edilmiş və kainatın genişləndiyi bildirilmişdir. Ərəbcədən Azərbaycan dilinə "Biz onu genişləndiririk (genişləndirməkdəyik)" kimi tərcümə edilən "innə lə musiunə" ifadəsindəki "musiunə" sözü "genişləndirmək" mənasını verən "əvsəa" felindən törəmişdir. "Lə" ön şəkilçisi də özündən sonrakı isim və ya sifətə vurğu əlavə edərək "çox" mənasını ifadə edir. Beləliklə, bu ifadə "Biz göyü və ya kainatı çox genişləndiririk" mənasını daşıyır. Elm də Quranda bizə bildirilənlə eyni nəticəyə gəlmişdir. 1

XX əsrin əvvəllərinə qədər elm dünyasında hakim olan yeganə düşüncə tərzi belə idi: kainat sabitdir və sonsuzluqdan bəri mövcuddur. Ancaq dövrümüzün texnologiyası sayəsində həyata keçirilmiş tədqiqat, müşahidə və hesablamalar kainatın başlanğıcı olduğunu və dayanmadan genişləndiyini sübut etmişdir.

Rus fiziki Aleksandr Fridman (Alexander Friedmann) və belçikalı kosmoloq Corc Lematr (Georges Lemaitre) XX əsrin əvvəllərində kainatın hərəkət halında olduğunu və genişləndiyini nəzəri cəhətdən hesabladılar.

Bu həqiqət 1929-cu ildə müşahidələrlə də sübut edildi. Amerikalı astronom Edvin Habl (Edwin Hubble) nəhəng teleskopla səmanı tədqiq edərkən ulduzların və qalaktikaların dayanmadan bir-birindən uzaqlaşdığını kəşf etdi. Bu kəşf astronomiya tarixinin ən böyük kəşflərindən biri sayılır. Habl bu tədqiqatlar zamanı ulduzların bir-birindən məsafəsindən asılı olaraq qızılı rəngə çalan işıq yaydığını müəyyən etdi. Çünki fizika qanunlara görə, müşahidə edilən nöqtəyə doğru hərəkət edən işıqların spektri bənövşəyi, müşahidə edilən nöqtədən uzaqlaşan işıqların spektri isə qızılı olur. Hablın müşahidələri əsnasında isə ulduzların işığının spektri qızılı idi. Qısaca desək, ulduzlar bir-birindən dayanmadan uzaqlaşırdılar.

Ulduzlar və qalaktikalar təkcə bizdən deyil, bir-birilərindən də uzaqlaşırlar. Hər şeyin daima bir-birindən uzaqlaşdığı kainat isə davamlı genişlənən kainat demək idi. Kainatın genişlənməsi sonrakı illərdəki müşahidələrlə də qəti şəkildə sübut edildi.

Mövzunu daha yaxşı anlamaq üçün kainatı şişirilən şarın səthi kimi düşünmək olar. Şarın səthindəki nöqtələr şar şişdikcə bir-birlərindən uzaqlaşdığı kimi, kainatdakı cisimlər də kainat genişləndikcə bir-birlərindən uzaqlaşırlar. Əslində, bu həqiqət XX əsrin ən böyük elm adamlarından biri hesab edilən Albert Eynşteyn tərəfindən nəzəri cəhətdən kəşf edilmişdi. Lakin Eynşteyn o dövrdə qəbul edilmiş "sabit kainat modelinə" zidd olduğu üçün bu kəşfini bir kənara qoydu. Eynşteyn bu hərəkətini daha sonra həyatının ən böyük səhvi adlandırmışdı. 2

Bu elmi fakt hələ heç bir insana məlum deyilkən, Quranda əsrlər əvvəl açıqlanmışdır. Çünki Quran bütün kainatın yaradanı və hakimi olan Allah`ın sözüdür.