Gözəl Mövzular


Kainatdakı mükəmməl müvazinət


Kainatdakı mükəmməl müvazinət

Yeddi göyü qat-qat yaradan da Odur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir yarıq görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır! (Mülk surəsi, 3-4)

Kainatdakı milyardlarla ulduz və qalaktika mükəmməl uyğunluq içində onlar üçün müəyyən edilmiş orbitlərində hərəkət edirlər. Ulduzlar, planetlər və peyklər həm öz ətraflarında, həm də bağlı olduqları sistemlərlə birlikdə dövr edirlər. Hətta bəzən içində 200-300 milyard ulduz olan qalaktikalar bir-birinin içindən keçib gedirlər. Lakin bu zaman kainatdakı böyük nizamı pozan hər hansı toqquşma baş vermir.

Kainatdakı sürət anlayışı Yer kürəsinə uyğun ölçülərlə müqayisədə ağlasığmaz ölçüdədir. Milyard, trilyon tonlarla çəkisi olan ulduzlar, planetlər və ancaq riyaziyyatçıların anladığı dəyərlərə malik qalaktikalar və qalaktika topaları kosmosda qeyri-adi sürətlə hərəkət edirlər.

Məsələn, Yer saatda 1670 km sürətlə öz oxu ətrafında fırlanır. Ən sürətli güllənin saatda 1800 km sürətə malik olduğunu düşünsək, Yerin nəhəng ölçüsünə baxmayaraq, sürətinin nə qədər böyük olduğu məlum olur.

Yerin Günəş ətrafındakı sürəti isə güllənin sürətindən 60 dəfə çoxdur: saatda 108.000 km (bu sürətdə nəqliyyat növü icad edilsəydi, Yerin ətrafını 22 dəqiqədə dolanardı). Bu ölçülər sadəcə Yer kürəsinə aiddir. Günəş sistemi isə daha maraqlıdır. Bu sistemin sürəti məntiq hüdudlarını aşır. Kainatdakı sistemlər böyüdükcə sürət artır. Günəş sisteminin qalaktika mərkəzi ətrafındakı fırlanma sürəti saatda 720.000 km-dir. İçində təqribən 200 milyard ulduz olan Südyolu qalaktikasının kosmosdakı sürəti isə saatda 950.000 km-dir

Şübhəsiz, bu cür mürəkkəb və sürətli sistemin içində nəhəng qəzaların baş vermə ehtimalı çoxdur. Ancaq bu baş vermir və biz təhlükəsiz şəkildə həyatımıza davam edirik. Çünki kainatdakı hər şey Allah`ın qoyduğu qüsursuz nizama əsasən işləyir. Elə bu səbəbdən, ayədə bildirildiyi kimi, bütün bu sistemin içində heç bir ziddiyyət yoxdur.