İsti tüstüdən yaradılış
Bu gün elm adamları ulduzların tüstüdən – isti qaz buludundan əmələ gəldiyini müşahidə edirlər. Kainat da isti qaz buludundan əmələ gəlib. Quranda da kainatın yaradılışı bu elmi kəşfləri təsdiq edir:
O, yer üzündə möhkəm durmuş dağlar yaratdı, onu bərəkətli etdi və istəyənlər üçün bərabər olaraq orada yer əhlinin ruzisini dörd gündə müəyyən etdi. Sonra Allah tüstü halında olan göyə üz tutdu. Ona və yerə belə buyurdu: "İstər-istəməz vücuda gəlin!" Onlar da: "İstəyərək vücuda gəldik!" – deyə cavab verdilər. (Fussilət surəsi, 10-11)
Yuxarıdakı ayədə "göy" kimi tərcümə edilmiş "səma" sözü ilə bütün kainat nəzərdə tutulur. Ayədə "tüstü" kimi tərcümə edilmiş "duxanun" sözü də bu gün elm adamlarının qəbul etdiyi kimi, kainatın formalaşmasından əvvəlki maddəni – kainatın yaradılışındakı kosmik və isti tüstünü tərif edir. Bərk maddələrə bağlı uçan zərrəciklər ehtiva edən isti qaz halında kütlə olan bu tüstü ayədəki sözə uyğun gəlir. Göründüyü kimi, Quranda kainatın bu mərhələdəki görünüşünü tərif edən ən uyğun söz işlədilmişdir. Elm adamları da kainatın tüstü formasındakı isti qaz kütləsindən əmələ gəldiyini XX əsrdə kəşf ediblər. 5
Bundan əlavə, "Sonra Allah tüstü halında olan göyə üz tutdu" cümləsindəki "sonra" kimi tərcümə edilmiş "sümmə" sözünün "bundan başqa, üstəlik, yenə, bir də" kimi digər mənaları da var. Burada da "sümmə" sözü zamanı ifadə etmək üçün deyil, əlavə açıqlama kimi verilmişdir. 6 Kainatın yaradılışı ilə bağlı bu məlumatın Quranda bildirilməsi, şübhəsiz, Quranın elmi möcüzəsidir.