Gözəl Mövzular


Nəticə


Nəticə

İnsan orqanizmindəki bu mükəmməl mexanizmlər əksər hallarda biz fərqinə varmadan işləyir. Ürəyimizin döyünməsi, qaraciyərin funksiyaları, dərinin özünü yeniləməsi bizim iradəmizdən kənar baş verir. Burada haqqında bəhs etmədiyimiz yüzlərlə orqan da eynilə bu cür işləyir. Böyrəklərin qanı süzməsi, mədənin yediklərimizi həzm etməsi, bağırsaqların hərəkəti, nəfəs almağımızı təmin edən ağciyərlərin uyğun içində işləməsindən xəbərimiz belə olmur.

İnsan ona bəxş olunmuş bədən adlı mükəmməl mexanizmin dəyərini ancaq xəstələndikdə, bir orqanı funksiyasını itirəndə anlayır.

Bəs bu mükəmməl mexanizm necə mövcud olub? Ağıl və vicdan sahibi insan orqanizmimizin yaradıldığını anlayar.

Orqanizmimizin təsadüflər nəticəsində əmələ gəldiyini irəli sürən təkamülçülərin iddiası çox gülüncdür. Çünki təkamülçülər təsadüflərin bir-birinin üzərinə əlavə olunaraq orqanizm əmələ gətirdiyini iddia edirlər. Halbuki, insan orqanizmi ancaq bütün orqanları birlikdə mövcud olduqda işləyə bilər. Böyrəksiz, ürəksiz, bağırsaqsız insan yaşaya bilməz. Bu orqanlar olsa da, əgər funksiyalarını tam yerinə yetirmirlərsə, yenə də insan yaşaya bilməz. Ona görə, insan orqanizmi yaşamaq və nəslini davam etdirmək üçün tam olmalıdır. İnsan bədəninin bir anda, tam şəkildə mövcud olmasının başqa ifadə forması yaradılmış olmasıdır. Allah bu həqiqəti “Vaqiə”surəsində belə xəbər verir:

Biz sizi yaratdıq. Məgər təsdiq etməzmisiniz? Bəs axıtdığınız nütfəyə nə deyirsiniz? Ondan yaradan sizsiniz, yoxsa Biz?! Sizin aranızda ölüm əvvəlcədən Biz müəyyən etdik. Və Biz əsla aciz deyilik, yerinizə sizin kimiləri gətirməkdən və sizi özünüz də bilmədiyiniz başqa bir şəkildə yaratmaqdan! (Vaqiə surəsi, 57-61)