Ürək
İnsan orqanizmindəki 100 trilyon hüceyrəyə bir-bir baş çəkən qan dövranı sisteminin ən mühüm üzvü, şübhəsiz, ürəkdir. Ürək çirkli və təmiz qanın bir-birinə qarışmadan orqanizmin müxtəlif yerlərinə nasoslanmasını təmin edən dörd mədəcikdən və klapanlardan ibarət çox həssas sistemlə yaradılmış orqandır. Heç bir müdaxilə olmadan həyatımız boyu müəyyən ritmlə dayanmadan döyünən ürəyimiz yaradılışın açıq-aşkar dəlillərindən biridir.
Hələ ana bətnində ikən döyünməyə başlayan ürək dəqiqədə 70-100 dəfə döyünərək ömür boyu dayanmadan işləyir, sadəcə hər döyüntü arasında yarım saniyə dincəlir və gün ərzində təqribən 10.000 dəfə döyünür. Bu rəqəmi insan ömrünün uzunluğunu nəzərə alaraq dəyərləndirsək, qarşımıza hesablamaq mümkün olmayan rəqəm çıxar.
Çox həssas nizamla işləyən ürəyin bütün tərkib hissələri xüsusi yaradılmışdır. Ürəkdə təmiz və çirkli qanın bir-birinə qarışmaması, bədənin təzyiqinin tənzimlənməsi, qida maddələrinin bütün orqanizmə ötürülməsi üçün lazımi proseslər, qanın lazımi miqdarda nasoslayan sistemlər kimi hər detal nəzərə alınmış, ürək bunlara uyğun yaradılmışdır.
Yaradılış möcüzəsi olan ürəkdə əsla təsadüfən əmələ gəlməyəcək qədər kompleks sistem var. Bu xüsusiyyətlərin hamısı onları yaradanı, yəni aləmlərin Rəbbi olan, qüsursuz və yoxdan yaradan Allah`ı bizə tanıdır.
Ürəyin bəzi xüsusiyyətləri aşağıdakılardır:
Ürək bədənin ən təhlükəsiz yerində yerləşdirilmişdir: Ən lazımlı orqanlardan olan ürək xüsusi yaradılışla döş qəfəsinin içində yerləşdirilərək kənardan gələn zərbələrə qarşı qorunur.
Təmiz və çirkli qan əsla bir-birinə qarışmır: Ürəkdə təmiz və çirkli qan daima hərəkət edir. Xüsusi toxuma ilə ürək 5 müxtəlif xüsusiyyətə malik kameraya bölünmüşdür. Sol və sağ qulaqcıqdan ibarət yuxarı hissə giriş kameralarıdır. Buraya gələn qanı altdakı kameralara ötürürlər. Buradakı həssas nizam sayəsində qanlar bir-birinə əsla qarışmırlar.
Qan təzyiqini orqanlara zərər verməməsi üçün tənzimləyir: Ürəyimiz tək nasos kimi deyil, yan-yana iki nasos kimi işləyir. Hər nasosun öz klapanı və mədəciyi var. Bu bölünmə, eyni zamanda, qan dövranı sistemini də iki yerə ayırır. Ürəyin sağ tərəfi çirkli qanı nisbətən aşağı təzyiqlə ağciyərlərə ötürür. Sol tərəf isə təmiz qanı yüksək təzyiqlə bütün orqanizmə vurur. Təzyiqin bu cür tənzimlənməsi bədən üçün çox vacibdir, çünki ağciyərə gedən qan bədənə yayılan qanla eyni təzyiqdə olsaydı, ağciyərlər bu təzyiqə tab gətirməz və parçalanardı. Ürəkdəki mükəmməl müvazinət sayəsində ağciyərlərdə əsla belə problem əmələ gəlmir. Çünki ürək qüsursuz yaradılmışdır.
Orqanizmin ehtiyacı olan bir çox maddənin orqanlara ötürülməsini təmin edir: Ürəkdən gələn təmiz qan aorta yolu ilə toxumalara göndərilir və bütün hüceyrələrə gedən damarlar vasitəsilə daşıdığı oksigeni toxumalara verir. Qan kapillyarlardakı bu dövran zamanı oksigendən əlavə içindəki hormon, qida və digər maddələri də toxumalara paylayır.
Qanın axın istiqamətini tənzimləyən, ahəng içində işləyən klapanlara malikdir: Ürəyin hər kamerasının ağzında yerləşən və qanın axın istiqamətini tərsinə çevrilməsinin qarşısını alan klapanlar var. Qulaqcıqlarla mədəciklər arasındakı bu klapanlar lifli toxumadan təşkil olunmuşdur. Bu klapanları çox incə əzələlər saxlayır. Bu əzələlərdən biri çatışmazsa, qulaqcıqlara doğru artıq qan axar və insanın ölümünə səbəb olan ağır ürək çatışmazlığı əmələ gələr. Bu cür problemlə ancaq müəyyən xəstəlik olduqda qarşılaşırıq. Əks təqdirdə, bu cür vəziyyət əsla baş vermir.
Dəyişən şərtlərə uyğun olaraq lazımi miqdarda qan nasoslayır: Ürəyin nasosladığı qanın miqdarı orqanizmin ehtiyacına görə dəyişir. Normal şərtlər daxilində ürək dəqiqədə 70 dəfə döyünür. Yorucu hərəkətlər əsnasında isə əzələlərimizin daha artıq oksigenə ehtiyacı olduğu üçün ürək iş ritmini artıraraq dəqiqədə 180 dəfə döyünür, nasosladığı qanın miqdarını artırır. Bəs belə olmasa, nə baş verərdi? Bədənin daha artıq enerjiyə ehtiyacı olduğu anda ürək normal ritmlə işləsəydi, müvazinəti pozulduğuna görə bədən zədə alardı. Halbuki, ürəyin mükəmməl quruluşu sayəsində belə hal baş vermir. Bizim tənzimləməmizə ehtiyac qalmadan ürək nasoslanacaq qanın miqdarını özü tənzimləyir.
Bizim iradəmizdən kənar, lakin lazım olduğu qədər işləyir: Ürəyin nasoslayacağı qan miqdarını xüsusi sinir sistemi idarə edir. İstər yuxuda, istər oyaq vaxtımızda sinir sistemimiz nasoslanmalı qanın miqdarı və qanın nasoslanma sürətini özü tənzimləyir. Harada, nə vaxt, nə qədər qan lazım olduğunu heç bir müdaxilə olmadan tənzimləyən ürəkdəki sistem bir sözlə qüsursuzdur. Bu sistemi ürək öz-özünə təşkil edə bilməz, bu sistem təsadüfən də əmələ gələ bilməz. Deməli, ürək yaradılmışdır. Sonsuz elm sahibi olan Allah ürəyimizi qüsursuz yaratmışdır.
Özünəməxsus elektrik sistemi ilə işləyir: Ürəyin döyünməsini təmin edən ürək əzələsi bədənimizin bütün əzələlərindən fərqlidir. Bədəndəki əzələ hüceyrələri təkcə sinir sistemi xəbər göndərdikdə gərilirlər. Halbuki, ürək əzələsi hüceyrələri öz-özlərinə gərilirlər. Bu hüceyrələr öz elektrik axınlarını əmələ gətirir və yayırlar. Hər bir hüceyrənin bu qabiliyyətinə baxmayaraq, heç biri bir-birindən əlaqəsiz gərilmir və onları idarə edən elektrik axını sisteminin təlimatına zidd hərəkət etmir. Yəni biri gərilərkən digəri açılaraq ürəyin işinə zərər verməzlər. Zəncir kimi dayanmış bu hüceyrələr elektrik sistemindən gələn əmrlə daima birlikdə, qüsursuz uyğunluq içində hərəkət edirlər.
Bütün xüsusiyyətlərində də göründüyü kimi, ürəyin quruluşu bizə onun qüsursuz yaradıldığını göstərir və onu yaradan üstün güc sahibi Allah`ın sənətini tanıdır. Allah bir ayədə Ondan başqa ilah olmadığını belə xəbər verir:
Budur Allah – sizin Rəbbiniz. Ondan başqa ilah yoxdur. Hər şeyin yaradıcısıdır. Elə isə Ona ibadət edin! O, hər şeyə vəkildir. (Ənam surəsi, 102)