Kişi cinsiyyət orqanları və spermalar
İnsanın yaradılışının ilk mərhələsi olan spermalar kişi orqanizmindən “kənarda” hazırlanır. Çünki bədən temperaturundan 2 dərəcə aşağı temperaturda bu baş verə bilər. Bu temperaturun tənzimlənməsi üçün cinsiyyət orqanının üzərindəki dəri də fəaliyyət göstərir. Bu dəri soyuqda büzüşərək, istidə isə genişlənib tərləyərək lazımi temperaturu sabit saxlayır. Görəsən, bu həssas müvazinəti insan özü tənzimləyir? Əlbəttə, xeyr. İnsanın bundan heç xəbəri də olmur. Yaradılışı israrla inkar edənlər bunu “insan orqanizminin kəşf edilməmiş funksiyası” adlandırırlar. Bu “kəşf edilməmiş funksiya” sözü isə “quru ad”dan başqa bir şey deyil.
Cinsiyyət orqanlarında dəqiqədə 1000 ədəd əmələ gələn spermalar kişidən qadının yumurtalığına doğru edəcəkləri səyahəti sanki oradakı mühiti bilirmiş kimi xüsusi dizayna malikdirlər. Sperma baş, boyun və quyruqdan ibarətdir. Quyruğu spermin balıq kimi ana bətnində hərəkət etməsinə kömək edir.
Körpənin genetik şifrinin bir qismini ehtiva edən baş hissə isə xüsusi qoruyucu zirehlə örtülüdür. Bu zirehin faydasını ana bətninin girişində görmək olur: burada turşulu mühit mövcuddur. Spermanın bu turşunun varlığını bilən biri tərəfindən qoruyucu zirehlə örtüldüyü isə çox açıqdır (bu turşulu mühit isə ananın mikroblardan qorunması üçündür).
Kişidən bətnə təkcə milyonlarla sperma tökülmür. Nütfə bir-birindən fərqli mayelərin qarışığından ibarətdir. Allah Quranda bu həqiqəti belə vurğulayır:
İnsanın elə bir dövrü olub keçmişdir ki, o, xatırlanmağa layiq bir şey olmamışdır! Həqiqətən, Biz insanı qarışıq bir nütfədən yaratdıq… (İnsan surəsi, 1-2)
Nütfənin tərkibindəki bu mayelərdə tələb olunan enerjini təmin etmək üçün şəkər var. Bundan əlavə, ana bətninin girişindəki turşuları zərərsizləşdirmək, spermanın hərəkət etməsi üçün lazımi sürüşkən mühiti əmələ gətirmək vəzifələri də var. Burada da iki ayrı, bir-birindən asılı olmayan maddənin bir-biri ilə qüsursuz uyğunluq içində yaradıldığını görürük.
Spermalar yumurtaya çatana qədər ananın bətnində çətin yol keçirlər. Özlərini nə qədər qorusalar da, 200-300 milyon spermadan yumurtalığa çatanların sayı 1000-dən artıq olmur.