İnsan vəsvəsədən necə xilas ola bilər?
Allah`ın Quranda bildirdiyi kimi, şeytanın hiyləsi zəifdir (Nisa surəsi, 76) . İman gətirənlər və Rəbbimizə təvəkkül edənlər üzərində onun heç bir təsiri yoxdur. Allah möminlərə vəsvəsə gəldikdə nə etməli olduqlarını və bu vəsvəsədən xilas olma yollarını Quranda bildirmişdir. Qurana tabe olan möminlər onlara vəsvəsə gəldikdə dərhal şeytandan Allah`a sığınarlar. Qısa müddətdə ağıllarından keçən düşüncənin şeytana aid olduğunu anlayarlar. Heç bir şübhəyə və ya sıxıntıya qapılmadan, Allah`ı zikr edər və şeytanın bu hiyləsindən xilas olarlar.
Allah Quranda vəsvəsə gəldikdə möminlərin bunu dərhal düşünüb tanıyacaqlarını belə bildirmişdir:
Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allah`a sığın. Şübhəsiz ki, Allah eşidəndir, biləndir! Allah`dan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman onlar Allah`ı xatırlayıb düşünərlər və dərhal görən olarlar. (Əraf surəsi, 200-201)