İnsan özünü nə üçün üstün görməməlidir?
Allah`dan qorxan insanın həyatdakı ən böyük məqsədi Allah`ın razılığını qazandıran əxlaqa yiyələnməkdir. Bunun üçün özünü tərbiyə etməli, daima daha üstün əxlaqa çatmalıdır. Çünki səmimiliyin, dürüstlüyün, çalışqanlığın, fədakarlığın, təvazökarlığın və ya digər gözəl xüsusiyyətlərin son həddi yoxdur.
Bir insan: "Mən ən gözəl əxlaqı mənimsədim, bundan daha yaxşısı yoxdur", - deyə bilməz.
Özünü hər cəhətdən nöqsanlı görən, daha yaxşısını axtaran insan mənəvi baxımdan sürətlə irəliləyər. Bu cür insan qısa müddətdə səhvlərini düzəldər, hər gün daha üstün əxlaqa doğru irəliləyər. Əgər insan özünü bir sahədə kafi hesab edirsə, daha yaxşısını axtarmaq və tətbiq etmək üçün səy göstərməz. Nöqsan və səhvlərini düzəldə bilməz. Bu da onun əxlaqının gözəlləşməsinə mane olar. Allah Quranda insanın özünü hər hansı sahədə kafi görməsinin böyük səhv olduğunu belə bildirmişdir:
Xeyr! İnsan, doğrudan da, həddini aşır, özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə. (Ələq surəsi, 6-7)
Elə buna görə də insan istər Allah`ın rizasını qazanmaq üçün xeyirli işlər görməkdə, istərsə də mənəvi cəhətdən özünü təkmilləşdirmək sahəsində əsla özünü kafi görməməlidir. Allah`ın ona verdiyi ağıl ilə daima daha yaxşısını, daha gözəlini, daha üstününü, daha mükəmməlini tələb etməli və bunun üçün səmimi səy göstərməlidir.