Gözəl Mövzular


İnsan bir hadisə qarşısında “nə edəcəyini bilmədiyinə” heç vaxt özünü inandırmamalıdır. Allah bütün insanları “nə edəcəklərini biləcək” şəkildə yaratmışdır...


İnsan bir hadisə qarşısında “nə edəcəyini bilmədiyinə” heç vaxt özünü inandırmamalıdır. Allah bütün insanları “nə edəcəklərini biləcək” şəkildə yaratmışdır...

İnsanların bir çoxu müxtəlif hadisələrlə üzləşdikləri zaman az da olsa durğunluq və tərəddüd hissi keçirirlər. Alışdıqları həyat tərzindən və hər zaman qarşılaşdıqları hadisələrdən fərqli, yeni şeylər bu insanlara dərin təsir edir. Bəzi insanlar isə bu cür hadisələrə tez alışır və yaranan şəraitə adaptasiya olurlar. Ağılla və diqqətlə bu yeniliklər qarşısında özlərini itirmədən hərəkətə keçirlər. Vəziyyəti yaxşıca analiz edərək doğru addım atmağa və doğru qərar verməyə çalışırlar.

Ancaq bəzi insanlar da var ki, həyatlarında baş verən yeniliklərə və fərqliliklərə daha çox reaksiya verirlər. Tez bir şəkildə yaranan vəziyyətə uyğunlaşmaq və xoşagəlməz hal varsa onun qarşısını alıb, uyğun tərəflərini mənimsəmək əvəzinə, uzun müddət tərəddüd edərək vaxt itirirlər. İtirdikləri şeylər üçün kədərlənir və narahat olurlar. Diqqətlərini yeni həyat şəraitinə yönəldərək gözəl yaşamaq əvəzinə, bütün enerjilərini keçmişdə qalan, hal-hazırda olmayan imkanlarını düşünüb kədərlənirlər.

İnsanların çoxu özlərini yaranan yeni hadisələr qarşısında “nə edəcəklərini bilmədiklərinə” inandırırlar. Özlərinə daim keçmişi, itirdikləri bəzi nemətləri necə unudacaqlarını, yeni həyat şəraitinə necə adaptasiya olacaqlarını və hər şeyə necə yenidən başalayacaqlarını bilmədiklərini təlqin edirlər. Ətraflarındakı insanlarla söhbətlərində də səhv inanclarını dilə gətirirlər. Bunları danışmaqla nə qədər vaxt itirdiklərini də düşünmürlər.

Əlbəttə ki, insanların sevdikləri, alışdıqları, rahat olduqları imkan və nemətlər içərisində yaşamaları çox gözəldir. Ancaq Allah dünya həyatındakı imtahanın tələbi olaraq insanların yaşadıqları şəraitləri dəyişdirir və onların əxlaqını yoxlayır. Allah Quranda bu həqiqəti belə bildirir:

Əgər siz yara almışsınızsa, o qövm də bu cür yara almışdı. Biz bu günləri insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirənləri üzə çıxarsın və aranızdan şəhidlər seçsin. Allah zalımları sevmir. (Həm də ona görə belə edirik) ki, Allah möminləri təmizə çıxarsın və kafirləri məhv etsin. Yoxsa elə güman edirdiniz ki, Allah içərinizdən cihada çıxanları və səbir edənləri bəlli etmədən siz Cənnətə daxil olacaqsınız? (Ali İmran surəsi, 140-142)

İnsan bəzən Allahın bu ayələrdə bildirdiyi geniş imkanlara sahib olur, bəzən də sınanması üçün bu nemətlər əksildilir.

Bu zaman o, “başına gələn hər şeyi Uca Rəbbimizin yaratdığını əsla unutmamalıdır”. Əgər iman gətiribsə, Allahı dərin sevgi ilə sevirsə, Allahın onun üçün yaratdığı şey (görünməsindən asılı olmayaraq) mütləq o insanın xeyrinədir. Allah bunları mütləq o insanın imanının, Allaha olan yaxınlığının daha da artması, daha yaxşı və daha xoşbəxt olması, daha çox nemətə qovuşması və sonsuz xoşbəxtliyi qazanması üçün yaradır. Həyatında çatışmazlıqlar yaranan insan bu həqiqəti heç vaxt unutmamalıdır.

Bu məntiqə sahib olan insan “keçmişi analiz edib, itirdiklərinə, ya da meydana gələn dəyişikliklərə kədərlənməyin Quran əxlaqına uyğun olmadığını qavramalı”dır. Kədərlənmək Allahın Quranda haram etdiyi əxlaq çatışmazlığıdır. Bundan əlavə, kədərlənmək insana heç nə qazandırmayan, əksinə həm fiziki, həm də mənəvi cəhətdən yoran böyük ağılsızlıq və vaxt itkisidir. İnsanın keçmişini düşünməsi ancaq Allahı anmaq, şükür etmək, tövbə etmək, təfəkkür etmək, ibrət almaq üçün ola bilər. Mömin keçmişi düşünərək vaxt itirmək əvəzinə, mövcud vəziyyəti dəyərləndirib xeyirə çevirməlidir.

Mömin həyatında meydana gələn dəyişikliklərə Quran gözü ilə baxar. Əgər müəyyən çatışmazlıqlar varsa, onları necə düzəldə biləcəyi haqda düşünər. Vəziyyəti düzəldə bilməsə, bu şəraitə necə uyğunlaşa biləcəyini dəqiqləşdirər. Meydana gələn vəziyyətin xeyirlə yaradıldığını bilməsi, bu mövzuda səmimi düşünməsinə və səmimi qərar verməsinə səbəb olar. Məsələn, bəzən insanın həyatında yalnız müəyyən nemətlər əksilər. İnsanın maddi gəliri azalar və sevdiyi, alışdığı həyat şəraiti dəyişər. Yediyi qidanın dəyəri azalar, imkanı ancaq az dəyərli qidalara çatar. Ya da həmişə istifadə etdiyi son model avtomobili olmadığı üçün gedəcəyi yerə 2-3 nəqliyyat vasitəsi ilə və çətin şəraitdə getməli olar. Ancaq bunlar insanın həyatının başqa mərhələsində asanlıqla dəyişə bilər. İnsan çox çalışsa və Allah diləsə, o şəxsi əvvəlki imkanlarına qaytarar.

Ancaq bəzən də insanın həyatında düzəldilməsi mümkün olmayan bəzi dəyişikliklər baş verər. Məsələn: bütün üzü, ya da bədəni yanan insan bir anda sahib olduğu bütün gözəlliklərdən məhrum olar. Ya da insan qəzada əlini və ya ayağını itirə bilər. Bu cür hallarda bir çox insan həyatının qalan hissəsini bu hadisəyə kədərlənməklə keçirər. Yaranan vəziyyəti qəbul edib, bunlardakı xeyiri, gözəllikləri görüb, Allaha şükür etmək əvəzinə, aylarla, illərlə bu hadisənin üzərində düşünər.

Bəzən də elə olur ki, insan həyatında böyük səhv edir. Səhvini bildikdən sonra hər anını peşmançılıq çəkərək yaşayır. Hərəkət etmək, səhvini düzəltmək üçün yollar axtarmaq və çalışmaq əvəzinə, həyatını özünə acıqlanmaq və kədərlənməklə keçirir.

Halbuki insan hansı vəziyyətlə qarşılaşırsa qarşılaşsın, əgər mömindirsə, onun üçün hər zaman bir çıxış yolu vardır. İnsan “nə edəcəyini bilmədiyinə” özünü inandırmamalıdır. Çünki bu, mümkün deyil. Allah hər bir insana hər şəraitdə, hər zaman çıxış yolu yaratmışdır.

Quranda insanlara bu mövzunu xatırladan bir çox ayə var. Bu ayələrdən bəziləri belədir:

Həqiqətən, bunda ibadət edənlər üçün bir bildiriş vardır. (Ənbiya surəsi, 106)

... Allahdan qorxana, (Allah) çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur. (Talaq surəsi, 2-3)

... Kim Allahdan qorxarsa, (Allah) onun işini asanlaşdırar. (Talaq surəsi, 4)

Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. (Şərh surəsi, 5-6)

Əsas odur ki, insan hər zaman çıxış yolu olduğuna inanmalı və Allaha güvənməlidir. Allah hər insanı həmişə nə edəcəyini biləcək şəkildə yaratmışdır. Əlbəttə ki, insanın təcrübə və ya məlumat azlığı ola bilər, ya da özündən yaxşı bilənlərlə məsləhətləşə bilər. Ancaq Allah hər insanın içində ona hər zaman doğrunu deyən və ona hər zaman yol göstərən vicdan yaratmışdır. Buna görə də insan həyatındakı dəyişikliklər qarşısında duruxmamalı, tərəddüd etməməli, ya da alışmağa çalışmamalıdır. İnsanlar Allaha sığınmadıqları, Quran əxlaqını yaşamadıqları üçün sıxıntı keçirirlər. İnsan fiziki, ya da mənəvi cəhətdən dünyanın ən böyük itkisinə məruz qalsa belə Allaha güvənərək, xeyir gözü ilə baxaraq, şükür edərək yaşadığı şəraitdə ən gözəl əxlaqı göstərə bilər. Həmçinin nə edəcəyini ilk anda qavraya bilər. Vicdan və ağılla düşündüyü zaman Allah ona hər şeyin ən gözəlini və ən doğrusunu ilham edəcək, ona yol göstərəcək və onu mütləq qalib edəcəkdir. Vicdanına təslim olan insan da Allahın izni ilə ən çətin şəraitdə belə əlindəki nemətlərə sevinə və bunları yeni-yeni xeyirlərə çevirə biləcək.

Əslində, insan öz əleyhinə şahidlik edəcəkdir; üzrlü olub-olmadığı bütün halları ortaya qoysa da. (Qiyamət surəsi, 14-15)

Sonra da ona günahları və qorxmağı təlqin edənə! Nəfsini (günahdan) təmizləyən uğur qazanmışdır. (Şəms surəsi, 8-9)