Gözəl Mövzular


İnfaq nə deməkdir?


İnfaq nə deməkdir?

İnfaq bir insanın malını və imkanlarını Allah yolunda sərf etməsidir. Bir insan gələcəyi ilə bağlı narahat olmadan ehtiyacından artıq qalanını (Bəqərə surəsi, 219) Allah yolunda sərf edərsə, Allah ona axirətdə cənnəti, dünyada isə sərf etdiklərinin əvəzində başqasını verməyi vəd edir:

De: "Həqiqətən, Rəbbim bəndələrindən istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. (Allah yolunda) nə xərclərsiniz, Allah onun əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır!" (Səba surəsi, 39)

... Özlərinə verdiyimiz ruzilərdən (Allah yolunda) gizli və aşkar xərcləyənlər kasad olmayacaq bir ticarət umarlar. (Fatir surəsi, 29)