Gözəl Mövzular


Hikmət sahibi olmaq nə deməkdir?


Hikmət sahibi olmaq nə deməkdir?

Hikmət sahibi olmaq hər zaman ağıllı, faydalı, xeyirli danışmaq və davranmaqdır. Hikmət sahibi olan şəxs hadisələrin iç üzünü və həqiqi tərəflərini görür və dərindən qavrayır. Ona görə hər qərarı, hər hərəkəti faydalı olur. Söhbəti təsirlidir. İzah etdiyi hər şey insanların qəlbində səmimi iz qoyur.

Hikmət hər an Allah`a üz tutan, Qurana uyğun yaşayan, daima Qurana əsasən düşünən səmimi və ixlaslı insanlara Allah qatından bəxş edilən xüsusiyyətdir. Allah "Allah istədiyi şəxsə hikmət bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir verilmişdir..." (Bəqərə surəsi, 269) ayəsi ilə hikmətin böyük nemət olduğunu bildirmişdir.