Gözəl Mövzular


Hər hansı məsələdə ümidsizliyə qapılmaq nə üçün doğru davranış deyil?


Hər hansı məsələdə ümidsizliyə qapılmaq nə üçün doğru davranış deyil?

Hər varlığı, hər hadisəni Allah`ın yaratdığını bilən, Onu tanıyıb gücünü təqdir edən insan hər hansı məsələdə ümidsizliyə qapılmaz. Çünki Allah hər çətinliyi aradan qaldıran, əfv edən, mərhəmət edən, sonsuz qüdrət və bilik sahibidir. Gündəlik həyatda ortaya çıxan hər cür çətinlik, ani surətdə çıxan problemlər, xəstəliklər, edilən səhvlər, qısaca desək, insanların ümidsizliyə düşmə səbəbi kimi gördükləri hər şey, əslində, tamamilə Allah`ın nəzarəti altında baş verir. Allah hər şeydən xəbərdar olan, hər şeyi biləndir. Sonsuz ağıl tərəfindən qədərinin təyin edildiyini bilmək bir insan üçün ən böyük rahatlıqdır. Bunu dərk edən insan əsla ümidsizliyə düşməz.

Bundan əlavə, mömin dünyada etdiyi hər səhvi düzəltməyin mümkün olduğunu bilir, ona görə də ümidsizliyə qapılmaz. Belə ki, Quranda insanlara Allah`ın rəhmətindən ümid kəsməmək əmr edilmişdir:

… Allah`ın mərhəmətindən ümidinizi kəsməyin. Allah`ın mərhəmətindən yalnız kafirlər ümidini üzər! (Yusif surəsi, 87)

De: "Ey Mənim özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allah`ın rəhmindən ümidsiz olmayın. Allah bütün günahları bağışlayar. Həqiqətən, O, bağışlayandır, rəhm edəndir! (Zumər surəsi, 53)