İnkarçıların bu səyləri nəticə verirmi?
İnkar edənlərin Allah`ın elçilərinə və möminlərə qarşı hədə-qorxuları və fiziki mübarizələri heç vaxt bitmir. Çünki Allah "... Halbuki, əgər möminsinizsə, siz çox yüksəkdə durursunuz!" (Ali-İmran surəsi, 139) ayəsi ilə dünyada və axirətdə Öz tərəfdarlarının üstün olduğunu müjdələmişdir.
Göründüyü kimi, tarix boyu inkarçılar möminlərə qarşı daima mübarizə aparıblar. Ancaq bu mübarizələr həmişə möminlərin lehinə nəticələnmişdir. Bu, Allah`ın vədidir. Allah Quranda bu qanununu belə bildirir:
Allah: "And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!" – deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir! (Mücadilə surəsi, 21)