Tarixən bütün xalqlara elçi göndərilibmi?
Allah quranda keçmişdə yaşamış bütün xalqlara elçi göndərdiyini bildirmişdir. Allah`ın elçiləri göndərildikləri tayfalara doğru yolu göstərmiş, insanlara Allah`ın qadağalarını xəbər vermiş, ölümün yaxınlığını, cənnətin və cəhənnəmin varlığını, dünyada yaşama məqsədlərini izah etmiş və onları Allah`ın dininə dəvət etmişlər. Allah`ın ədaləti ilə bütün insanlar Onun elçiləri vasitəsilə xəbərdar edilib qorxudulmuş və müjdələnmişlər. Bu, onu göstərir ki, axirətdə insanlar: "Mənim heç nədən xəbərim yox idi", - deyə bilməyəcəklər, çünki hər insan Allah`ın dəvətini eşitmişdir. Allah bir ayəsində insanlara belə bildirir:
Doğrudan da, Biz səni haqla müjdə verən və qorxudan bir peyğəmbər olaraq göndərdik. Elə bir ümmət yoxdur ki, onun içindən qorxudan bir peyğəmbər gəlib-getməsin! (Fatir surəsi, 24)