Gözəl Mövzular


Qeybətin Qurandakı yeri nədir?


Qeybətin Qurandakı yeri nədir?

Allah Quranda möminlərə bir-birlərinin arxasınca danışmalarını qadağan etmiş, bunun çirkin davranış olduğunu bildirmişdir:

Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. (Bir-birinizin eybini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar. Allah`dan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir! (Hucurat surəsi, 12)

Allah`ın bu ayədəki əmrinə uyğun olaraq, Allah`ın dininə uyğun yaşayan, bir-birinə qardaş olan insanlar bu cür hərəkət etməkdən çəkinərlər. Əksinə, möminlər bir-birlərini həmişə xeyirlə yad edər, hər zaman möminlərin gözəl cəhətlərini üzə çıxarmağa çalışarlar, Allah`a təslim olmuş insanlarda qüsur, nöqsan axtarmazlar.

Ona görə də dindən uzaq yaşayan insanlara böyük sıxıntı verən qeybət Allah`ın hədlərini qoruyan möminlərə xas olmayan mənfi əxlaqi xüsusiyyətdir. Əgər bir mömin digərində səhv davranış görərsə, bunu o möminin arxasınca başqaları ilə danışmaz. Möminlər birbaşa bir-birlərinə bu səhv davranışlarını düzəltmələri üçün nəsihət edərlər.