İnsan səhv etdikdə və ya unutduqda nə etməlidir?
İnsan aciz yaradılmışdır, ona görə, bəzi şeyləri unudur və ya hər hansı məsələdə səhv edir. Unutmamaq və səhv etməmək sadəcə Allah`a aid xüsusiyyətlərdir. Əsas odur ki, doğru olanı xatırladıqda insan həmin şeyi dərhal tətbiq etsin. Allah buna dair "Ənam"surəsində belə bildirir:
... Əgər şeytan sənə unutdursa, xatırlayandan sonra o zalım tayfa ilə bərabər oturma. (Ənam surəsi, 68)
Ayədən göründüyü kimi, insan unudaraq və ya bilmədən səhv edə bilər. Ona görə, insanın unutduğuna və ya səhv etdiyinə görə kədərlənməsi və ya narahat olması çox yersizdir. Belə hallarda möminlər Allah`ın sonsuz mərhəmətinə sığınmalı və: "…Ey Rəbbimiz, unutduqda və ya yanıldıqda bizi cəzalandırma..." (Bəqərə surəsi, 268) - deyərək dua etməlidirlər.