Gözəl Mövzular


Allah`ın dininə dəvət


Allah`ın dininə dəvət

İnsanlara dinin və gözəl əxlaqın təbliğ edilməsi Allah`ın əmridir:

İçərinizdə yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar, həqiqətən, nicat tapmış şəxslərdir. (Ali-İmran surəsi, 104)

Allah bir ayədə "İnsanları hikmətlə, gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna dəvət et..." (Nəhl surəsi, 125) şəklində əmr etmişdir. Allah`ın dininə dəvət edərkən Quranın hökmlərini hikmətlə və öyüd-nəsihətlə izah etmək lazımdır. Təbliğ zamanı Allah`ın varlığı, birliyi və bənzərsiz yaratma sənəti kimi mövzular danışılaraq dinə dəvət edilən insanın Allah`a olan sevgisi, hörməti və qorxusu artırılır. Gözəl əxlaqlı insanın müxtəlif hadisələrdə necə davranacağı hərtərəfli tərif edilir. İnsanın dünyadakı həyatının məqsədi, imtahan olunduğu, ölümün yaxınlığı, ölümdən sonra haqq-hesab çəkiləcəyi, buna əsasən, cənnətə və ya cəhənnəmə gedəcəyi də izah olunur. Allah`ın sonsuz ədaləti ilə cənnəti və cəhənnəmi necə hazırladığı da xatırladılaraq həmin insanı pis sondan qorxudub çəkindirmək lazımdır. Allah`ı, Quranı və axirəti bu təriflərlə tanıyan insanlar bu mərhələdən sonra vicdanlarını dinləyərək hərəkət etdikləri təqdirdə Allah`ın əmrlərini tam yerinə yetirməyə çalışırlar.