Qurana əsasən, cahil insan kimdir?
Quranda işlədilən "cahil"sözü xalq arasında işlədilən "cahil"sözündən fərqli məna daşıyır. Quranda ifadə edilən cahillik insanın yaradılış məqsədindən, Yaradanımız olan Allah`ın üstün xüsusiyyətlərindən, Allah`ın nazil etdiyi kitabdakı məlumat və hikmətdən, sonsuz həyatı ilə əlaqədar mövzulardan xəbərsiz olması və bu cahillikdən doğan həyat tərzini mənimsəməsidir.
Allah`ı bir İlah kimi tanımayan, Onun elçiləri vasitəsilə göstərdiyi doğru yolla getməyən insanların cahillik etdiyinə Quranda belə diqqət çəkilmişdir:
Onlar: "Sən bizi tanrılarımızdan döndərməyəmi gəldin? Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini gətir görək!" – deyə cavab vermişdilər. (Hud) demişdi: "Ancaq Allah bilir. Mən sizə yalnız mənimlə göndərilənləri təbliğ edirəm. Ancaq mən sizin cahil bir qövm olduğunuzu görürəm!" (Əhqaf surəsi, 22-23)