Gözəl Mövzular


İdeal olan, davranışların yalnız ''səhv olmaması'' deyil; əsl axtarılan ''ən gözəl davranış" olmasıdır


İdeal olan, davranışların yalnız ''səhv olmaması'' deyil; əsl axtarılan ''ən gözəl davranış

İnsanların geniş şəkildə tətbiq etdikləri bəzi davranış vardır ki, baxıldığında bunlar əslində səhv deyil. Amma, o mövzuda göstərilə biləcək ‘ən gözəl davranış' da deyil. Səhv olmadığı üçün insanlar arasında çox diqqət çəkməyə bilər ya da çox böyük bir narahatçılıq meydana gətirməyə bilər. Amma əslində bəzən nəzakətə, bəzən sevgiyə, hörmətə, bəzən də incəliyə o qədər uyğun deyil. İnsan bir adamın davranışlarındakı hər hansı bu cür qüsuru əsasən, ondan daha gözəl əxlaqlı bir insan ilə qarşılaşdığında fərq edər. Bu şəkildə, iki insan eyni mühitdə olduqda, ünsiyyətdə və davranışlardakı fərqlər daha çox diqqət çəkməyə başlayar. Beləliklə də insan həmin an, bu adı qoyulmayan, lakin səhv olduğu hiss edilən davranışlar haqqında daha dəqiq bir qənaətə gələr. İnsanlar gündəlik həyatdakı söhbətlərdə və ətrafdakı şəxslərin davranışlarda bu cür hadisələrə tez-tez rast gəlirlər. Məsələn, bəzən bir insan zarafat edir, ancaq bu zarafat oradakı insanlarda istənilən təsiri meydana gətirmir. Zarafadakı məqsəd, mühiti şənləndirmək, insanlar arasında yaxınlıq, xoş əhval-ruhiyyə meydana gətirməkdir. Ancaq bəzən zarafat gözləniən nəticəni vermir.
Tam tərsinə, zarafatın mövzusu, istifadə edilən yanlış bir söz, yersiz bir gülüş, zarafatın lazım olduğundan artıq uzadılması, zarafat ilə müəyyən bir adamın hədəf alınması, qarşı tərəfi razı etməyən, onu pərt edəcək bir üslubdan istifadə edilməsi, o mühiti sevindirmək yerinə narahatlıq meydana gəlməsinə səbəb ola bilər. Bəlkə də zarafat edən insan həqiqətən də yaxşı niyyətlidir. Söyləyəcəyi sözlərin təsirini tam olaraq anlamadığı və ya istəmədən yanlış sözlər seçdiyi üçün belə bir davranış göstərə bilər. Ancaq bunları əvvəlcədən düşünərək davrana bilmək də gözəl əxlaqın gərəyidir. İnsan ağılını, vicdanını istifadə edərək, deyilə biləcək ən gözəl söz və davranışı seçməklə məsuldur. Bu səbəbdən ən gözəl olanı, insanın bütün bunları düşünə biləcək bir əxlaqa sahib olmasıdır. Bu cür misalları artıra bilmək mümkündür. Məsələn, bir məclisdə olduqda orada mümkün ola biləcək ən gözəl, ən nəzakətli sözləri işlətmək, qarşı tərəfi ən gözəl şəkildə, hörmətlə, sevgiylə tərif etmək, şişirdilmiş davranışlara və saxta komplimentlərə yol verməmək, lakin qədərincə məmnuniyyət bildirmək ən gözəl davranış üslubu olar. Bu mövzuda buraxılacaq ən kiçik səhv belə qarşı tərəfdə mənfi təəssüratlar yarada bilər.
Ortada aşkar bir"səhv" deyilə biləcək bir davranış olmaya bilər. Amma meydana çıxacaq ən səmimi məmnuniyyət hissləri ilə bu mənfi təəssüratlar müqayisə edildiyində, buradakı davranış əskikliyi açıq-aşkar ortaya çıxar. Bəzən də bir insana, özündən daha təcrübəli, daha ağıllı, daha incə düşünə bilən birisi tərəfindən məsəhət verilə bilər. Burada da ‘ən gözəl olan' davranış, o adamın -Allah rizası üçün- zəhmət çəkib verdiyi məsləhətə, eyni şəkildə -Allah rizası üçün- mümkün olan ən gözəl söz və davranışla cavab verməkdir. Tənqid edən tərəf, o adamın nəfsini ortaya qoymaqla, onun daha yaxşı, daha mükəmməl olması üçün, diqqətlə və düşünərək danışır. İnsan belə gözəl əxlaqa ən azından eynisiylə, hətta daha gözəliylə cavab verməlidir. Qarşı tərəfin tənqidlərini qəbul etdiyini, dəstəklədiyini, izah edilənlərə səmimi qəlbdən inandığını, qətiyyən əsəbi və hirsli olmadığını, heç bir narahatlıq hiss etmədiyini mümkün ola biləcək ən yaxşı şəkildə ifadə etməlidir. Bunun yerinə isə sadəcə bir neçə qısa cümlə ilə cavab versə, məmnun olub olmadığı haqda heç bir izah verməsə, simasında məmnuniyyətsiz bir ifadə meydana gətirsə, səsinə ağır bir ton versə, qarşı tərəfin fikirlərilə razılaşdığına dair heç bir izah verməsə, əlbəttə ki, bu, tamamilə başqa məna verər. İlk baxışdan bu adam əslində səhv söz söyləməmiş, etiraz etməmiş, tərs bir üslub istifadə etməmişdir. Buna görə də sanki səhv bir şey etməmiş kimidir. Amma daha incə vicdanlı anlayışıyla baxılarsa, bu davranışın belə bir vəziyyətdə göstəriləcək "ən gözəl davranış" olmadığı görünər. Əgər əvvəlki sətirlərdə izah edildiyi kimi, bu adam qarşı tərəfə olan hörmətini, sevgisini, məmnuniyyətini ən gözəl söz, ən gözəl davranışla və ən mükəmməl şəkildə ifadə etsə, əlbəttə ki, bu, Quran əxlaqına ən uyğun olan davranış olardı. Bir insana eynilə xoş söz, bir kompliment deyildiyində də, qarşı tərəfin eynilə hər şeyi nəzərə alaraq, "verilə biləcək ən gözəl qarşılığı" verməsi lazımdır. Bu adam, komplimentlə üzləşdiyində, sadəcə "Təşəkkür edirəm" deyərək keçə bilər. Əlbəttə bu da gözəl bir sözdür və sanki bunda da səhv bir şey yoxdur. Amma əslində bu, kifayət deyil. Bir insanın qarşı tərəfə sevgi bəsləməyində, kompliment deyib gözəl söz söyləməyindəki ən əsas məqsəd, -Allah rizası üçün- qarşılıqlı sevgini, hörməti, yaxınlığı artırmaq, gözəl mühit meydana gətirmək və ətrafdakılara sevinc bəxş etməkdir.
Allah rızasını qarşısına məqsəd qoyan bir insan belə bir vəziyyətdə, ən azından qarşı tərəfdəki qədər, hətta mümkündürsə daha çox kompliment deyərək; qəlbən, sevgiylə, hörmətlə, sevinclə və ən gözəl, ən nümunəvi sözləri seçərək cavab verməsi, daha gözəl bir əxlaq anlayışına sahib olduğunu göstərər. Bütün bu nümunələrin göstərdiyi çox əhəmiyyətli bir həqiqət vardır: Gözəl əxlaq, incəliklərdə gizlənmişidir. Bir insan ümumi mənada həqiqətən möhkəm xarakterli, etibarlı, sadiq, yaxşı niyyətli, çalışqan bir insan ola bilər. Ancaq ən incə məqamlarda bu cür çatışmazlıqları ola bilər. Çünki bu xüsusiyyətlər bir insanı, heç bir tərəddüd olmadan, qəlbən seviləcək və güvəniləcək hala gətirən əsaslardır. "Ən gözəl davranışlar" ətrafdakı insanlarda dərin sevgi, hörmət, şəfqət, mərhəmət, yaxınlıq və məmnuniyyət meydana gətirir. "Bəsit davranışlar" isə qarşı tərəfdə yalnız bəsit bir təsirlər yaradır. Allahdan qorxan bir insanın Allahın ən razı olacağı əxlaqı tapıb, onu tətbiq etməyi lazımdır. Allahın razılığının ən çoxu, həm də, insanın bütün davranışlarında bu əsaslara diqqət yetirməsindədir. Quranda möminlərə məxsus bu əxlaq belə bildirilmişdir:
Bəndələrimə de: Gözəl söz söyləsinlər. Şeytan onların arasına fitnə-fəsad sala bilər. Həqiqətən, Şeytan insanın açıq-aşkar düşmənidir! (İsra Surəsi, 53)