Gözəl Mövzular


"Həvəslənmək" ilə "həqiqətən istəmək" fərqli hisslərdir


Elə insanlar var ki, gördükləri hər gözəl şeyə həvəslənirlər. Bəyəndikləri bir şeylə qarşılaşdıqları zaman həyəcanla o mövzuda dərhal bir addım atırlar. Sonra isə davam edə bilmirlər. Xoşlarına gələn başqa bir mövzu ortaya çıxır. Bu dəfə də o istiqamətə yönəlirlər. Onda da bir-iki gün, bir neçə həftə və ya bir neçə ay bəzi yönlərdən cəhd edirlər, amma yenə qətiyyət göstərə bilmirlər.

Cəmiyyətdə bu cür dərhal həvəslənən, sonra həvəsini tez itirən insanlara çox rast gəlinir. Həyatın bir çox sahəsində ortaya çıxan bu cür duyğular insanların xarakterlərinin bir hissəsinə çevrilmişdir. Bir çox baxımdan zərərsiz kimi görünən bu xarakter insanların özlərini müsbət yöndən yetişdirib inkişaf etdirmələrinə mane olur.

Allah hər insanı vicdanı ilə birlikdə yaratmışdır. Hər bir insan ətrafında gözəl bir şey gördüyü zaman bunu anlayır. Allah insana gözəl olan hər şeyə qarşı qibtə və istək hissi vermişdir. Gözəl olan bir şeylə qarşılaşanda bu mövzuda lazımi cəhd göstərmək, qibtə edilən gözəlliyə çatana qədər iradə göstərmək çox vacibdir.

Məsələn, hər bir insanın ədalətli şəxsin əxlaqından xoşu gəlir. Bu insana qibtə edir və onun kimi olmaq istəyir. Lakin bu məqsədini həyata keçirəcəyi, lazım olan qətiyyəti və iradəni göstərəcəyi zaman eyni istək və qibtə içərisində olmaz. Bir hadisə zamanı asanlıqla qəzəblənib, qəzəbinə məğlub ola bilər. Sərt, incidici bir üslubla qarşı tərəfi narahat edən sözlər deyə bilər. Nəfsinə ağır gələn bir mövzu olduğu zaman doğru qərar verməyə bilər. Hadisələri bitərəf mövqe ilə dəyərləndirməz, bunun nəticəsində də, yalnız öz istəklərini düşünərək hərəkət edər.

Başqa sözlə, insanın hər hansı bir mövzuda həvəsli olması gözəldir, lakin kifayət deyil. İnsan lazımi nəticəni əldə etmək üçün o mövzunu çox istəməlidir. Bu istək də mütləq Allah rizası üçün olmalıdır.

İnsan yalnız həvəslənməklə istədiyi nəticəyə çata bilməz. Bir insana hər cür çətinlik və maneəyə sinə gərən, heç dayanmadan, səbirlə davam edən güc və iradəni ancaq Allah'ın rizasını qazanmaq istəyi verə bilər. İnsan gözəl bir şeyə yalnız Allah'a olan sevgisi, axirətə olan inancı nisbətində cəhd və iradə göstərərək çata bilər.

Məsələn, bir mömin Allah'a iman gətirməzdən əvvəlki həyatında nə ədaləti, nə mərhəməti, nə sevgini, nə hörməti, nə fədakarlığı lazımi kimi göstərən bir əxlaqa sahib olmur. İman gətirdikdən sonra isə Allah'a olan sevgisindən və Allah'ın razılığını qazanmaq istəyindən aldığı güclə bütün mövzularda özünü ən yaxşı şəkildə yetişdirən və həyatının sonuna qədər də bu mövzularda qətiyyət göstərən iradə əldə etmiş olur. Bu, həqiqi istəyin nəticəsidir.

Sadəcə həvəslənən insan belə bir nəticə əldə edə bilməz. İlk çətinlikdə, ilk sıxıntıda, ilk maneədə və ilk xətasında dərhal geri addım atar. Bu, cahil əxlaqı yaşayan insanlar arasında çox geniş yayılmış bir xarakterdir. Lakin bir möminin bu mövzuda özünü yetişdirməsi çox mühümdür. Çünki Quran əxlaqı ilə bağlı mövzularda irəliləmək üçün insan içində gözəl şeylərə qarşı duyduğu həvəsi Allah rizası üçün qətiyyətlə, həyatının sonuna qədər yaşayan bir xarakterə çevirməlidir. Allah ilə çox yaxın dost olmaq, Allah'ın ən sevdiyi qullarından olmaq, Allah'a təslim olub qədəri ən doğru şəkildə anlamaq, təvəkkülü mükəmməl şəkildə yaşamaq, daha yetkin, daha dərin, daha imanlı bir insan olmaq, daha çox sevmək, daha gözəl əxlaqlı olmaq kimi üstün mömin xüsusiyyətləri ancaq Allah rizası üçün çox istəyib, çox əmək sərf etməklə əldə edilə bilər. Allah qullarının yalnız keçici bir həvəs içində, yoxsa həqiqətən səmimi bir tələb içində olduqlarını bilir. Allah qullarının bu tələbləri nisbətində onların cəhdlərinə qarşılıq verir.

Başqa sözlə, əgər bir insan hər hansı bir mövzuda nə üçün istədiyi nəticəni ala bilmədiyini düşünürsə, əvvəlcə, bu mövzudakı niyyətinə və cəhdinə diqqət yetirməlidir. Niyyətini nəzərdən keçirməli və həqiqətən Allah rizası üçün çox istəyərək və bütün səbəblərə sarılaraq əlindən gələn hər cür cəhdi göstərib-göstərmədiyinə baxmalıdır.

Əlbəttə ki, Allah müxtəlif hikmətlərlə və imtahanın tələbi olaraq çox istəyən bir insanın cəhdinə də onu sınamaq üçün fərqli qarşılıq verə bilər. Bir mömin bu həqiqəti də bilər, amma bu vəziyyətdən əmin olmadığı üçün mütləq daha səmimi olmağa və daha çox cəhd etməyə niyyət edər.

Allah Quranda həqiqətən çox istəyərək Allah rizası üçün səmimi cəhd edənlərin göstərdikləri bu cəhdin qarşılığını mütləq alacaqlarını belə bildirmişdir:

İnsan can atdığı şeyə nail olar. Əlbəttə, onun can atdığı (əməl) ona nəsib olacaqdır. Sonra da ona (bunun) əvəzi tam veriləcəkdir. (“Nəcm” surəsi, 39-41)
Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar. (“İsra” surəsi, 19)
Bunun əvəzində Allah da onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər. (“İnsan” surəsi, 1)
(Onlara deyiləcəkdir): "Həqiqətən, bu, sizə bir hədiyyədir və səyiniz təşəkkürə layiqdir". (“İnsan” surəsi, 22)