Gözəl Mövzular


Hər insanın qəlbində Allaha qarşı yaşadığı xüsusi və dərin bir səmimiyyət, yaxınlıq və saflıq olmalıdır. Bir insanın belə anlarda soyuq və məsafəli bir davranış halında olması isə ciddi düşünülməsi lazım olan qüsurdur


Hər insanın qəlbində Allaha qarşı yaşadığı xüsusi və dərin bir səmimiyyət, yaxınlıq və saflıq olmalıdır. Bir insanın belə anlarda soyuq və məsafəli bir davranış halında olması isə ciddi düşünülməsi  lazım olan qüsurdur

Bir Müsəlmanın şəxsiyyətini, yaxşı xüsusiyyətlərini, gözəl rəftarlarını və ya feli ibadətlərini yerinə yetirərkən göstərdiyi əxlaqı kənardan görə bilmək mümkündür. Ancaq imanın ən mühüm əlamətlərindən biri olan qəlbindəki Allah ilə yaxınlığı, kənardan baxan insanların belə görməsi mümkün deyil. Ürəkdəki Allaha olan dostluq, yaxınlıq və sevgi isə hər kəsdən və hər şeydən çox Allahı sevən bir mömin üçün dünyadakı ən böyük nemətlərdən biridir.

İnsanın zahirən görünən xüsusiyyətləri və ya davranışları bəzən aldadıcı ola bilər. Ancaq Allaha qarşı qəlbdə yaşanan səmimiyyət və yaxınlıq o insanın həqiqi halını əks etdirər və mömin özü də buna şahiddir. Kimsənin görmədiyi, eşitmədiyi və bilmədiyi anlarda, ürəyində Allaha duyduğu etibarı, Ona olan təslimiyyəti, heç bir şübhəyə qapılmadan Allaha qarşı göstərdiyi sədaqəti özü bilməkdədir.

Əgər insan ruhunda belə dərinliyi yaşayırsa, hərəkətlərində çox əksikliklər olsa da, bunları bərpa etməsi və mükəmməlləşdirə bilməsi -Allahın izni ilə- son dərəcə asandır. Ancaq bunun tam əksinə, əgər bir insanın hərəkətləri kənardan baxıldığında əksiksiz kimi göründüyü halda, qəlbində Allaha qarşı səmimiyyətsiz bir ruh halında yaşayırsa (Allahı tənzih edirik), bax bu insanın vəziyyəti daha təhlükəlidir. Çünki belə insanın görünən heç bir xətası, qüsuru olmasa belə, ruhunda çox böyük bir boşluq və əksiklik vardır. Ən vacib olanı isə, Allah ilə yaxınlığın həqiqi, mənəvi ləzzətini dadmadığı üçün, bəlkə də, hansı qüsuru davranışla yaşadığından belə xəbərdar deyil.

Halbuki insanın Allaha qarşı səmimiyyətində problemin olması, Allaha qarşı soyuq, uzaq və məsafəli bir ruh halında yaşaması (Allahı tənzih edirik), əslində, bu insanın dünyadakı hər şeyə qarşı belə dünyagörüşü ilə baxdığının çox açıq bir göstəricisidir. Çünki, əgər bir insan hər cür gözəlliyin, yaxşılığın, mükəmməlliyin, qüsursuzluğun həqiqi və sonsuz sahibi olan Uca Rəbbimizə qarşı kifayət qədər sevgi duya bilmirsə, yaxınlığı, səmimiyyəti hiss edə bilmirsə, bu insanın digər insanlara qarşı həqiqi sevgi, yaxınlıq və ya səmimiyyət duyması və yaşaması da mümkün deyil. İnsan əvvəl Allah sevgisini qavradığı, Allahın adlarındakı sonsuz gözəllikləri təqdir edə bildiyi halda ətrafındakı gözəllikləri də təqdir edə bilər.

Allah Quranda “çox cəhd göstərdikləri halda, etdikləri boşa gedən kəslərin” vəziyyətini izah edərək, insanları belə bir təhlükəyə qarşı xəbərdar etmişdir:

(O gün) bir çox üzlər zəlil görkəm alacaq; (Onlar Cəhənnəmin pillələrinə çıxıb-düşməklə boş yerə) zəhmət çəkib yorulacaq; (Ğaşiyə surəsi, 2-3)

İman gətirənlər isə deyəcəklər: “Sizinlə birlikdə olacaqları barədə Allaha (yalandan) möhkəm andlar içən kəslər bunlarmıdır?” Onların (bütün) əməlləri puça çıxdı və (axirətdə) zərərçəkənlərdən oldular. (Maidə surəsi, 53)

Bu da onların Allahın qəzəbinə səbəb olan şeyə (Şeytana itaət etməyə) uymaları və (Allaha) xoş gedən şeyi (kafirlərlə vuruşmağı) bəyənmədiklərinə görədir. Elə buna görə də (Allah) onların əməllərini puç etdi. (Muhamməd surəsi, 28)

Bu səbəbdən, bir insan Allahın əmr etdiyi bir çox ibadətləri yerinə yetirə bilər. Feli olaraq əlindən gələn hər cür səyi göstərə, gün ərzində bir çox mövzuda ciddi əmək sərf edib, bütün gücünü ortaya qoya bilər. Ancaq mənəviyyatındakı bu böyük əksiklik ayələrdə bildirildiyi kimi, həm dünyada, həm də axirətdə heç ümid etmədiyi bir vəziyyətlə qarşılaşmasına səbəb ola biləcək çox böyük bir təhlükədir.

Bir insanın daxili dünyasında tək qaldığı, dua etmək üçün Allaha yönəldiyi, Allaha yalvardığı, tövbə və bağışlanma dilədiyi, Allahdan nemət istədiyi, kimsənin bilmədiyi ən gizli sirlərini, ən dərin hisslərini, istəklərini, çətinliklərini, gələcək planlarını Allaha bildirdiyi anlar vardır. Əgər bir insan səmimiyyətin ən yüksək formasında yaşanıldığı bu anlarda belə içindəki soyuqluğu, məsafəni, suniliyi və yeknəsəkliyi saxlaya bilirsə, bax bu diqqətlə düşünməyi göstərən bir faktdır.

İnsanlar gün ərzində ətrafındakı insanlara qarşı süni davranış, səxsiyyət və rəftarlar göstərə, qürur və məsafəli davrana bilərlər. Belə bir əxlaqın yaşanması, əlbəttə ki, səhvdir. Ancaq bu insanın belə, kiminsə onu görmədiyi, eşitmədiyi dua anında bütün bu saxta davranışlardan, göstərdiyi süni xarakterdən, soyuq üslublarından, səmimiyyətsiz izahatlarından, qürurlu dünyasından ayrılıb səmimiyyəti yaşayaması lazımdır.

Əlbəttə ki, iman etməyən insanların belə soyuq bir dünyada yaşamaları son dərəcə normaldır. Allahı sevməyən, Allahın üstün əlamətlərini təqdir etməyən, eqoizm, qürur və özündən razılığa görə Allaha yalvarıb Ona üz tutmayan insanlar (Allahı tənzih edirik), əlbəttə ki, Allah ilə dərindən bir yaxınlıq yaşamazlar. Dua etsələr belə, nələrsə əldə etmək məqsədi ilə və səmimiyyətsiz bir ruh halında edərlər.

Ancaq iman edən, Allahın, axirətin varlığına tam olaraq inanan, həyatını Allah üçün yaşayan, maddi-mənəvi hər şeyi ilə özünü Allaha həsr edən bir mömin üçün Allaha qarşı yaxınlıqda bir əksiklik olması normal deyil. Buna görə də, bu dünyagörüşlə hər insanın özünü bu bir daha nəzərdən keçirməsi və bu yöndə bir çatışmazlığı varsa, bunu dərhal bərpa etməyə yönləndirməsi son dərəcə vacibdir. Mömin Allaha qarşı sevgisində, coşğusunda, yaxınlığında, səmimiyyətində sərhəd tanımamalıdır. Dünya da, içindəki maddə də qəti olaraq yoxluğa məhkumdur, fanidir. Beləliklə, mömin Allahdan başqa Baqi olan heç bir şeyin olmadığını bilərək, bütün sevgisini, səmimiyyətini Rəbbimizə yönətməlidir. İnsanın qəlbində yalnız səmimi Allah eşqi, iman coşğusu və Rəbbimizi özünə yaxın dost bilməsi ilə dilənən yaxşılıqlar dəyər qazanacaqdır.

Allah Quranda bu vacib həqiqəti belə bildirib:

Allah gördüyünüz hər bir yaxşı işi bilir. (Həcc və ya axirət üçün) tədarük görün. Ən yaxşı tədarük (azuqə) isə təqvadır (pis əməllərdən çəkinməkdir). Ey ağıl sahibləri, Məndən qorxun! (Bəqərə surəsi, 197)
Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir). Allah sizi doğru yola yönəltdiyi (sizə həccin əməllərini göstərdiyi) üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Muhəmməd!) Ehsan edənlərə (Cənnətlə) müjdə ver! (Həcc surəsi, 37)
Onlardan öz Rəbbi yanındakı mükafatı (ağacları) altından çaylar axan Ədn cənnətləridir. Onlaroradaəbədiqalacaqlar.Allah onlardanrazıdır, onlardaAllahdan. Bu (nemətlər) Rəbbindən qorxanlar üçündür! (Bəyyinə surəsi, 8)