Mömin iman etdiyi zaman, onsuzda hər anını Allahın rizasını qazanmaq məqsədi ilə keçirməyə qərar vermişdir. Və o andan etibarən də, maddi mənəvi hər istiqamətdə səy göstərir. Ancaq möminin vacib bir xüsusiyyəti də, imanını heç vaxt lazımı şəkildə görməməsidir. Çünki insanın, həyatının sonuna qədər, hər keçən anı, imanını daha da dərinləşdirmək imkanı vardır. Bu səbədən hər gün, hər saat, hər an, bir daha niyyət etməli, imanını təzələməli, hər saniyəsini Allahın razı qalacağı davranışlarla keçirmək üçün çalışmalıdır.
Elə bu gün, bu saat, bu məqaləni oxuduğumuzda, bizlər də eyni şəkildə bir daha niyyətimizi təzələməliyik. Bu andan etibarən, daha şüurlu, daha diqqətli və çox daha səmimi halda, zamanımızı, imkanlarımızı, maddi və mənəvi gücümüzü ola biləcək ən xeyirli şəkildə keçirməyə niyyət edə bilərik. Qarşımıza çıxan hər ibadət fürsətini, daha çox şövqlə, daha yaxşı şəkildə qiymətləndirməliyik. Hər imkanda önə atıla bilər, Allahın rizasını qazanmaq üçün hər fürsəti qollayıb, xeyir işlərdə yarışa bilərik. “Necə olursa olsun gözəl və xeyirli fəaliyyətlər etdim, bugünlük bu qədər bəsdir” və ya “ətrafımdakı insanlardan daha çox çalışıram, bəzi insanlardan isə daha yaxşı insanam” demədən; “mən onsuzda hər günümü ən faydalı, ən hikmətli şıkildə keçirirəm” deyə düşünmədən, daha nə edə biləcəyi haqqında fikirləşməlidir.
Burda qeyd etdiyimiz xüsusiyyətlər heç də möminə xas olan xüsusiyyətlər deyildir. İman etmiş Müsəlman əlbəttə ki, hər anını, fürsət olaraq, təbii olaraq Qurana uyğun şəkildə davranışlarla keçirir. Amma bu mövzuda daha dərin şüurlu qərar alan insanın halı fərqlidir. Ətrafındakı insanlar, bu şəxsin daha fərqli qərar aldığını, bir neçə dəqiqə onunla ünsiyyətdən sonra başa düşürlər. Çünki belə niyyət etmiş insanda vicdan hissi daha yüksəkdir. Ətrafında baş verən bütün hadisələrə qarşı hər kəsdən daha çox maraqlanır. Çətin, əziyyətli və yorucu işlərə qarşı hər kəsdən daha çox əzmlidir. Həmin anda bu məkanda olan hər kəsdən daha hikmətli danışır. Hər kəsdən daha çox könül alıcı, hərkəsdən daha nəzakətli, hər kəsdən daha çox sevgi və şəfqət doludur. Hərkəsdən daha çox yaradıcılıq şövqü içindədir. İnsanların problemlərini onlar demədən anlayır və əlindən gəldiyi qədər kömək etməyə çalışır. İnsanlara qarşı gözəl üslubdan istifadə edir, özünə qarşı inam yaradır. Üzərində hər kəsin görə biləcəyi müsbət enerji vardır.
Elə bütün bu xüsusiyyətlər, “bir daha niyyət etmiş olduğunun” insana qazandırdığı müsbət təsirlərdir. Bu əxlaqı görən möminin hədəfi, “Allahın ən sevdiyi qullarından” ola bilməkdir. Bu səbəbdən bu əxlaqını şəxsiyyətinə tərbiyə etdikdən sonra, yenidən, “daha səmimi olmağa, daha hissiyyatlı davranmağa, daha vicdanlı olmağa, Allah rizasının ən çoxuna nail olmaqda qərarlı olmağa niyyət edir”. Və əxlaqını daha da dərinləşdirir. Və bu şəkildə həyatının sonuna qədər davam edir. Sərf etdiyi əmək, etdiyi xeyirli işləri heç vaxt yetərli bilmir. Dolayısı ilə imanı, əxlaqı, şəxsiyyəti, hərəkətləri daima inkişaf edir və mükəmməlləşir.
Allah Quranda bu əxlaqı göstərən möminlərin xüsusiyyətini xəbər vermişdir: