Gözəl Mövzular


Günəşin doğması ilə batmasındakı fərqli cəhətlər


Günəşin doğması ilə batmasındakı fərqli cəhətlər

Məşriqlərin və məğriblərin Rəbbinə and olsun ki, Biz, həqiqətən, qadirik. (Məaric surəsi, 40)

O, həm göylərin, yerin və onların arasındakıların Rəbbi, həm də məşriqlərin Rəbbidir. (Saffat surəsi, 5)

İki məşriqin və iki məğribin Rəbbi Odur. (Rəhman surəsi, 17)


Yuxarıdakı ayələrdə şərq və qərb sözləri cəm halda işlədilmişdir. Məsələn, ilk ayədəki "məşariq" sözü şərqə, "məğarib" sözü isə qərbə aid olub ikidən çox olduqlarını bildirən cəm halındadır. Sonuncu ayədə isə "məşriqeyn" (iki şərq), "məğribeyn" (iki qərb) şəklində işlədilmişdir. Ayələrdəki "məşariq" və "məğarib" sözləri "Günəşin doğduğu və batdığı yer" deməkdir. Ona görə, yuxarıdakı ayələrdə günün doğmasının və batmasının müxtəlif yerlərindən bəhs edilir. Bundan əlavə, ilk ayədə şərqlərin və qərblərin Rəbbinə and içilməsi də diqqət çəkir.

Məlum olduğu kimi, Yerin oxunun mailliyi 23º27'-dir. Bu maillik və Yerin kürəvi formasına görə, günəş şüaları yer üzünə həmişə eyni bucaq altında düşmür. Ona görə də Günəş şərqdə müxtəlif yerlərdə doğur, qərbdə də müxtəlif yerlərdə batır.

Yuxarıdakı ayələrdə işlədilmiş şərq və qərb haqqındakı sözlər də Günəşin müxtəlif yerlərdə doğub batdığına işarə edir (ən doğrusunu Allah bilir).