Bir çox insana məxsus olan mühüm bir xüsusiyyət var: danışanda ən gözəl sözləri söyləyər, ən doğru, ən ağıllı rəftarı izah edərlər. Özlərinin də məqsədinin doğru, gözəl və mükəmməl davranış olduğunu və bunda çox qətiyyətli olduqlarını izah edərlər. Lakin çox vaxt izah edilənləri tətbiq etmək lazım gəldikdə, həmin insanlar sözlərindəki istək və qətiyyəti nədənsə davranışlarında əks etdirməzlər. Bir anda doğru və mükəmməl olandan asanlıqla imtina edərlər. Qısası, sözləri ilə rəftarları bir-birinə uyğun gəlməz. Bəzən davranışlarında izah etdiklərindən əsər-əlamət belə görünməz.
Əslində, hər bir insan doğru və məqsədəuyğun rəftarın nə olduğunu biləcək şəkildə yaradılmışdır. Allah hər insanın vicdanına ən yaxşı və ən doğru olanı ilham edir. Bu səbəbdən, hər bir insan gözəl rəftarın nə olduğunu bilir və vicdanının ona göstərdiyi doğrunu sözlərində də mükəmməl şəkildə əks etdirir.
Lakin insanın daxilən bildiyi doğruları tətbiq etmək məsələsi vardır. Bu məqamda insan vicdanı ilə baş-başa qalır. Çox yaxşı bildiyi doğrularla nəfsinə və mənfəətinə uyğun olan rəftar arasında seçim etmək məcburiyyətində qalır. Bir çox insan bu məqamda doğrunu deyil, öz istəklərini, rahatlığını və mənfəətini daha üstün tutur. Əvvəl yaxşılıqdan yana nə qədər istəkli, qətiyyətli və şövqlü olsa da, yüksək əxlaqı həyata keçirmək lazım gəldikdə iradə göstərə bilmir.
İnsanlarda nəzərə çarpan bu əxlaq əskiklikliyinə dair gündəlik həyatdan nümunə verək: Hər bir insan çətin vəziyyətdə qalan və möhtac olan birinə kömək etmək lazım olduğunu bilir və bunu bütün detalları ilə vurğulayaraq müdafiə edir. Hətta belə insanlar bu əxlaqı tətbiq etməyənləri ciddi şəkildə qınayırlar. Özləri belə hadisə ilə qarşılaşsalar, mütləq məzluma kömək edəcəklərini bildirirlər. Ancaq belə hadisə ilə qarşılaşanda, bu fəzilətli əxlaqa sahib ola bilmirlər. Məsələn, yolda piyadanı vuranda və ya başqa birinin vurub qaçdığı yaralı şəxsi görəndə, sürətlə nəfs, mənfəət və vicdan mühasibatı aparırlar. Yaralı insana sahib çıxmaqdansa, özlərinə dəyən zərəri və təhlükələri düşünürlər. Vicdanən üzərlərinə düşən məsuliyyətdənsə, qarşılaşacaqları riskləri daha əhəmiyyətli görürlər. Heç tərəddüd etmədən bu adamı küçənin ortasında qoyub gedirlər.
Həmçinin, dürüstlüyün əhəmiyyətindən bəhs edəndə də, hər insan dürüst olmağın vacibliyini vurğulayır. Amma həyatının bir çox mərhələsində bu mövzudan da asanlıqla imtina edir. Məsələn, yaxın bir dostunu qorumaq lazım olanda, tanımadığı bir adamın əzilməsinə düşünmədən göz yuma bilir.
İnsanların gözəl əxlaqdan bəhs edib, sonra isə dəyanət göstərə bilmədikləri mövzuların bir qismi özləri ilə əlaqədardır. Əxlaqlarındakı və davranışlarındakı səhvlər haqqında dəqiq söhbətlər edərlər. Onların səhvlərini nə qədər yaxşı gördüklərini deyər, özlərini dəyişdirməli olduqlarını izah edərlər. Qüsurlarının yerinə tətbiq edəcəkləri gözəl davranışları xırdalığına qədər açıqlayarlar. İlk fürsətdə tam fərqli bir insan olaraq, ən gözəl əxlaqı göstərəcəklərini izah edərlər. Hətta yaxınlarına bu mövzuda səmimi-qəlbdən söz verərlər. Lakin tətbiq etmək lazım olanda, yenə də bir çox insanlar bunu həyata keçirə bilmirlər. Məsələn, qumar və ya içki vərdişinə görə həyatı pərişan olan, sahib olduğu hər şeyi itirən, borcları olan, ətrafında dostu, yoldaşı qalmayan bir insan böyük peşmanlıqla bu asılılıqlarını tərk edəcəyini bildirər. Ancaq əlinə fürsət düşən kimi verdiyi bütün sözləri unudaraq, yenidən köhnə həyatına qayıdar.
Eyni şəkildə, söylədiyi yalanlar ucbatından başına təhlükəli işlər açan insan da səhvini görərək peşman olduğunu deyər. Bir daha yalan danışmamaq üçün ciddi qərar verər. Ancaq nəfsi ilə zidd düşdüyü və çətinlik çəkdiyi anda yenidən yalan danışar.
Həmçinin, çox əsəbi olan bir insan da, nə qədər pis mühit olsa belə, əsla əsəbləşməməyə cəhd göstərəcəyinə dair söz verər. Yaxud çox qürurlu, mənlikli və özündən başqasının sözünü dinləməyən, hamının ona hörmət etməsini istəyən bir insan da pis xasiyyətlərini qəti şəkildə tərk edəcəyini bildirər. Bunların pisliyini və gözəl əxlaqın əhəmiyyətini dilə gətirər. Buna bənzər şəkildə, mübahisəçi bir insan da qarşısına nə cür vəziyyət və ya necə insanlar çıxarsa çıxsın, heç kimlə mübahisə etməyəcəyinə, sakit əxlaq göstərəcəyinə dair söz verər. Bu nümunələrdəki insanlar səhv rəftarlarından sıyrılıb gözəl əxlaq göstərmək üçün nə qədər şövqlü olduqlarını səmimiyyətlə dilə gətirərlər. Ancaq yenə də tətbiq etmək lazım gəldikdə, öz şəxsiyyətlərini bütün əskiklikləri ilə yenidən ortaya qoyarlar.
Bu nümunələrdə izah edilən insanların tətbiqdə müvəffəqiyyətsiz olmalarının mühüm bir səbəbi vardır: Allah qorxusunun əskikliyi...
Bir insanın pis olanı tərk edib, onun yerinə yaxşı rəftarı sabit və qərarlı şəkildə tətbiq etməsini təmin edən xüsusiyyət yalnız insanın Allah’dan hörmətlə qorxub çəkinməsidir.
İnsanların öz mənfəətlərini seçmələrinin qarşısını alan, öz nəfslərinin istəkləri istiqamətində hərəkət etmələrinə mane olan başqa bir güc yoxdur. Danışmaq hər insan üçün çox asandır. Hətta çox vaxt o adamı insanlar arasında ucaldan bir fürsətdir. Bu səbəbdən, hər bir insan yaxşılığın nə olduğunu izah edə bilər. Amma mühüm olan təkcə danışmaq yox, həm də tətbiq etməkdir.
Allah Quranda qətiyyət göstərməyin daha xeyirli olduğunu belə bildirmişdir:
Allah həmişə insana doğrunu ilham edir. Ancaq nəfs və şeytan doğrunu tətbiq etməyə mane olmaq üçün insanı müxtəlif bəhanələrlə aldatmağa çalışır. İnsanın yaxşı ilə pis arasında qərar verməsini tələb edən qısa bir an vardır. O anda içində bir səs ona "Belə et", - deyə yaxşı olanın nə olduğunu mütləq xatırladır. Nəfsi də, digər tərəfdən, ona "Amma bu daha vacibdir", - deyərək insanı pisliyə çağırır. İnsan o anda sürətlə qərar verib bu səslərdən birini seçir. Allah’dan çox qorxan insan vicdanının səsini eşitməzlikdən gələ bilməz. Nəfsi nə qədər məcbur etsə də, o anda öz mənfəətlərini əzər və canı yansa da, mütləq vicdanının göstərdiyi doğrunu tətbiq edər.
Quranda möminlərin bu güclü Allah qorxuları, bunun nəticəsində, çatdıqları gözəl əxlaq belə xəbər verilmişdir: