Gözəl Mövzular


Göylərlə yerin bir-birindən ayrılması


Göylərlə yerin bir-birindən ayrılması

Quranda göylərin yaradılışı haqqında başqa bir ayədə belə bildirilir:

Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər? (Ənbiya surəsi, 30)

Ayədə "bir-biri ilə bitişik" şəklində tərcümə edilmiş "ratq" sözü ərəbcə lüğətlərdə "bir-biri ilə iç-içə, ayrılmaz, qaynaşmış" mənalarını verir. Yəni bir bütün halında olan iki maddəni tərif etmək üçün bu sözdən istifadə edilir. Ayədəki "ayırdıq" sözü isə ərəbcə "fatq" felidir ki, bu fel bitişik vəziyyətdə olan bir cismi yarıb, parçalayıb çölə çıxması deməkdir. Məsələn, toxumun cücərərək torpaqdan çıxması ərəb dilində bu fellə ifadə edilir.

İndi ayəyə yenidən baxaq. Ayədə göylərlə yerin bir-biri ilə bitişik, yəni "ratq" halında olduğundan bəhs edilir. Ardınca bu ikisi "fatq" feli ilə ayrılırlar. Yəni biri digərini yararaq çölə çıxır. Həqiqətən də Big Bangin ilk anını düşündükdə, kainatın bütün maddəsinin bir nöqtədə toplandığını görürük. Başqa sözlə, hər şey, hətta hələ yaradılmamış göylər və yer də bu nöqtənin içində, bir-biri ilə iç-içə, ayrılmaz haldadırlar. Daha sonra bu nöqtə çox güclü partlayışla yarılıb ayrılır.