Göy üzünün bina edilməsi
O Allah ki, sizin üçün yer üzünü döşədi, göyü isə tavan yaratdı, göydən yağmur endirdi və onun vasitəsilə sizin üçün müxtəlif meyvələrdən ruzilər yetişdirdi. İndi siz də Allah`a bilə-bilə şəriklər qoşmayın! (Bəqərə surəsi, 22)
Yuxarıdakı ayədə göy üzü tərif edilərkən ərəbcə "əssəmaə binaən" ifadəsi işlədilir. Bu söz qübbə, tavan mənaları ilə birlikdə, ərəb bədəviləri tərəfindən istifadə edilən çadıra bənzər örtüyü də tərif edir. 23 Sözügedən çadırabənzər forma ilə xarici amillərə qarşı bir növ müdafiə təmin edilməsi vurğulanır.
Biz fərqinə varmasaq da, digər planetlərdə olduğu kimi, Yerə də çoxlu sayda meteorit düşür. Digər planetlərə düşdükdə nəhəng kraterlər əmələ gətirən bu meteoritlərin Yerə zərər verməməsinin səbəbi Yeri əhatə edən atmosferin meteoritlərə qarşı müqavimət göstərməsidir. Meteoritlər bu müqavimətə qarşı tab gətirmir və sürtünmə nəticəsində yanaraq kütləsini itirir. Beləliklə, böyük fəlakətlərə yol açan bu təhlükənin atmosfer sayəsində qarşısı alınır. Allah atmosferin yuxarıda bəhs etdiyimiz qoruyucu xüsusiyyəti ilə bağlı ayələrlə yanaşı, aşağıdakı ayədə də bu xüsusi yaradılışa diqqət çəkir:
Məgər Allah`ın quruda olanları və Öz əmri ilə dənizdə üzən gəmiləri sizə ram etdiyini görmürsənmi? Göyü də Öz izni olmadan yerə düşməsin deyə, O tutub saxlayar. Həqiqətən, Allah insanlara şəfqətlidir, mərhəmətlidir. (Həcc surəsi, 65)
Belə ki, əvvəlki bölmədə də bəhs etdiyimiz atmosferin qoruyucu xüsusiyyəti Yeri kosmosdan, yəni xarici amillərdən qoruyur. Yuxarıdakı ayələrdə göy üzü haqqında işlədilmiş "tavan" sözü ilə Peyğəmbərimizin (s.ə.v) dövründə göy üzünün məlum olmayan xüsusiyyətinə diqqət çəkilir. Bu məlumatların qabaqcıl texnologiyanın – kosmik cihazların, nəhəng teleskopların olmadığı 1400 il əvvəl Qurani-kərimdə xəbər verilməsi Quranın sonsuz elm sahibi Rəbbimizin vəhyi olduğunu göstərir.