Gözəl Mövzular


"Gizli çirklərə" və "zəncirvari çirklənməyə" qarşı təmizlik tədbirləri


Çirkin insanlara verə biləcəyi zərəri və sıxıntıları başa düşən hər insana görə təmizlik çox əhəmiyyətlidir. Buna baxmayaraq, hər bir insanın özünəməxsus təmizlik anlayışı var. Buna görə də, imkanlarının olub-olmamasından asılı olmayaraq, bu insanlar sadəcə öz anlayışları çərçivəsində təmizlik edərlər.
Lakin insanın həyatındakı hər şey kimi, təmizlik də ancaq ağılla qavraya biləcəyi və tətbiq edəcəyi bir işdir. İnsan sadəcə ağlına, vicdanına və diqqətinə əsasən nəyin təmiz, nəyin çirkli olduğunu anlaya bilər. Eynilə, insanın çirkdən narahat olub-olmaması da ağıldan və vicdandan qaynaqlanır.
Belə ki, dərin düşünməyən, ağlını, vicdanını dinləməyən və diqqətsiz insanın təmiz dediyi bir şey ağıllı, vicdanlı və diqqətli insana görə çox çirkli ola bilər. Bu isə insanların ağılla, vicdanla düşündükdə çox geniş və dərin təmizlik anlayışına yiyələnə biləcəklərini göstərir.
Bundan başqa, təmizlik haqqında bilinməyən bir çox cəhətlər var. Bunlardan biri açıq, biri isə gizli çirklilikdir. Məsələn, hamı bilir ki, yerə zibil töküləndə onu təmizləmək lazımdır. Ancaq bəzi çirklər var ki, gözlə görünmür. Lakin təmiz olduğu düşünülən yerlər, bəlkə də, çirkli görünən yerlərdən daha natəmizdir. Ağıllı, vicdanlı və diqqqətli bir insan görünməyən çirklərin də olduğunu bilər, bunlardan narahat olar və bunlara qarşı ciddi tədbirlər görər.
Təmizlik barəsində insanların diqqət etməli olduqları digər xüsusiyyət isə gigiyenadır. Məsələn, evin çöl qapısı tozlu və ya palçıqlı olmaya bilər. Baxanda çox təmiz, cilalı və parlaq görünə bilər. Halbuki hər gün təmizlik anlayışları fərqli olan minlərlə insanın çöl qapısına əl vurub, bu çirki evin təmiz yerlərinə yayması düzgün deyil.
Bundan başqa, xüsusi təmizlik adlandırdığımız təmizlik anlayışı var. İnsanların bəziləri çirklərə xüsusi əhəmiyyət vermirlər. Xüsusi təmizlik deyəndə, sadəcə künc-bucaqdakı tozları almaq nəzərdə tutulmur.
Bəzi insanların təmizlik haqqında bilmədikləri mövzulardan biri də zəncirvari çirkdir. İnsan çirkli bir yerə toxunandan sonra bu çirki başqa yerlərə yaymadan əvvəl əllərini yumalıdır. Ancaq laqeydlik etsə, həmin çirk evin başqa yerlərinə də yayılacaq. Məsələn, çox çirkli bir yerdən gəlib, həmin paltarlarla evin müxtəlif yerlərində oturanda zəncirvari çirklilik yaranır.
Dünyanın bir çox yerlərində təmizliyə əhəmiyyət verməyən, natəmizlikdən narahat olmayan xeyli insan var. Bu barədə heç düşünməyən insanlar görünməyən çirklərə etinasız yanaşırlar. Həmçinin, təmiz olmaqdan, təmiz yerlərdə, təmiz əşyalarla yaşamaqdan heç zövq almırlar. Bir sözlə, onların təmizlik barədə tələbləri yoxdur. Onlar üçün bu mövzu beyini yoran bir mövzudur. Əsas olan həyatlarına davam etmələridir. Ancaq həyatlarını hansı şərtlərlə davam etdirdikləri onlar üçün vacib deyil. Lakin çox maraqlıdır ki, əllərində imkan olan insanlar üçün də bu vəziyyət dəyişməzdir. Bəzən dünyanın ən varlı, ən imkanlı insanı da əlindəki imkanlarla çox təmiz şəraitdə yaşaya biləcəyi halda, bu nemətə qarşı məsuliyyətsiz yanaşır.
Bu vəziyyətin bir açıqlaması var, o da təmizliyin iman əlaməti olmasıdır. Təmizlik Allah’ın iman gətirənlərə bildirdiyi əmrdir. Allah möminləri ruhən təmizlikdən, təmiz nemətlərdən, təmiz yerlərdən və təmiz həyatdan zövq alacaq şəkildə yaratmışdır. İnsanlardakı ağıl, vicdan və diqqətin də imanla birlikdə inkişaf etməsi müsəlmanların bu mövzuda həssas anlayış qazanmalarına vəsilə olur.
İmandan qaynaqlanan təmizlik anlayışı möminlər üçün vaxt itkisi deyil, əksinə, ibadətdir. Eyni zamanda, dünya həyatının çox gözəl nemətidir. Allah’ın insanlara təmizlənmələri üçün su, sabun kimi imkanlar yaratması, inkişaf edən texnologiya ilə təmizliyin keyfiyyətini daha da artıran müxtəlif elektron cihazların geniş yayılması Allah’ın möminlərin üzərindəki çox böyük rəhmətidir.