Gözəl Mövzular


Döyünən ulduzlar: pulsarlar


Döyünən ulduzlar: pulsarlar

And olsun göyə və Tariqə! Sən nə bilirsən ki, Tariq nədir?! (Qaranlıqları) dəlib keçən ulduzdur. (Tariq surəsi, 1-3)

Quranın 86-cı surəsi olan Tariq "tarq" kökündən törəmişdir. Bərk döyünmək mənasını verir. Sözün "bərk döyünmə" kimi əsas mənasını nəzərə aldıqda bu surədə çox mühüm elmi həqiqətə diqqət çəkildiyini görürük. Bu mövzuya toxunmazdan əvvəl, ayədə bu ulduzları tərif edən digər sözlərə baxaq:

Yuxarıdakı ayədə işlədilən "əttariqi" sözü gecəni dələn, qaranlığı dələn ulduz, gecə doğan, dəlib keçən, döyünən, vuran, kəskin ulduz mənalarını verir. Habelə, ayədəki "vav" ifadəsi ilə göyə və Tariqə and içilərək bunların əhəmiyyətinə diqqət çəkilir.

Coselin Bell Bernel (Joselyn Bell Bernell) 1967-ci ildə İngiltərə Kembric Universitetində (Cambridge University) apardığı tədqiqatlar zamanı müntəzəm radiosiqnallar tutmuşdu. Ancaq o dövrə qədər ürək döyüntüsü kimi müntəzəm döyüntünün mənbəyi olan göy cismi məlum deyildi. Lakin 1967-ci ildə astronomlar öz oxu ətrafında dövr edən nüvədəki maddə artdıqca ulduzun maqnit sahəsinin də böyüdüyünü və beləliklə, ulduzun qütblərində Yerin maqnit sahəsindən 1 trilyon dəfə güclü qüvvə əmələ gəldiyini müəyyən etdilər. Bu qədər sürətlə fırlanan və güclü maqnetik sahəyə malik olan cismin hər fırlandıqda güclü radiodalğalara səbəb olan konus formasında şüa yaydığını bildilər. Bir müddət sonra sözügedən siqnalların mənbəyinin neytron ulduzlarının böyük sürətlə fırlanması olduğu aşkar edildi. Bu neytron ulduzlar "pulsar" adlanır. Supernova partlayışları nəticəsində ölərək "pulsar"a çevrilən bu ulduzlar kainatın ən ağır, ən parlaq və hərəkətli cisimləridir. Bəzi yaşlı pulsarlar öz çevrələrində saniyədə 600 dəfə dövrə vururlar. 54

Pulsar sözü ingiliscə "pulse" felindən törəmişdir. "American Heritage" lüğətində bu fel "müntəzəm və ritmik döyünmək" deməkdir. Webster lüğətində isə bu sözün "sürətlə döyünmək, ürək kimi döyünmək" mənaları verilmişdir. "American Heritage" lüğətində bu kökdən törəmiş "pulsate" felinin "ritmik şəkildə genişlənmək və büzülmək, döyünmək" mənaları verilmişdir.

Bu kəşfdən sonra Quranda "tariq", yəni "döyünmə" sözü ilə ifadə edilən göy cisminin pulsar adlandırılan neytron ulduzları ilə bənzər olduğu məlum olmuşdur.

Nəhəng ulduzların nüvəsi çökərək neytron ulduzlarını əmələ gətirir, bu kiçik və böyük sıxlığa malik sürətlə fırlanan kürəvi maddə ulduzun kütləsinin və maqnit sahəsinin böyük hissəsini sıxışdırır. Sürətlə fırlanan neytron ulduzlarının əmələ gətirdiyi qüvvətli maqnit sahəsi güclü radiodalğalar yaydığı məlum olmuşdur.

"Tariq" surəsinin üçüncü ayəsində isə dələn, dəlib keçən, dəlik açan, aydınladan mənalarını verən "ənnəcmu əssaqibu" ifadəsi ilə Tariqin qaranlığı dəlib keçən parlaq ulduz olduğu bildirilmişdir. "Tariq" surəsinin ikinci ayəsində də "Sən nə bilirsən ki, Tariq nədir?!"sualındakı "ədrakə" sözü qavramağı, dərk etməyi ifadə edir. Günəşdən bir neçə dəfə böyük olan ulduzların sıxılması nəticəsində əmələ gələn pulsarlar çətin görünən göy cisimlərindəndir. Ayədəki sual ilə bu döyünən ulduzu görməyin çətin olduğu vurğulanır (ən doğrusunu Allah bilir).

Göründüyü kimi, Quranda Tariq adlandırılan ulduzlar XX əsrin sonlarında kəşf edilmiş pulsarlarla bənzərlik təşkil edir və bizə Quranın başqa bir elmi möcüzəsini göstərir.