Gözəl Mövzular


Din günü kafirlər necə tanınacaqlar?


Din günü kafirlər necə tanınacaqlar?

Günahkarlar üzlərindən tanınacaq, kəkillərindən və ayaqlarından tutulub yaxalanacaqlar. (Rəhman surəsi, 41)

Allah yuxarıdakı ayə ilə kafirlərin din günündə üzlərindən tanınacaqlarına diqqət çəkir. Bir insan dünya həyatında məsum və ya gözəl görünə bilər. Ancaq haqq-hesab günü yenidən dirildilən bu insanların üzü o gün Quranda bildirildiyi kimi, zillət içində, qaralmış, toz bürümüş olacaq. Bundan əlavə, inkarçılar kor şəkildə həşr olunacaqlar. Gözləri həm kor olacaq, həm də qorxunc görünəcəklər və Quranda bildirildiyinə görə, gömgöy olacaq. Hər inkarçı din günündə bu qorxunc görüntüsü ilə yenidən dirildiləcəkdir.