Gözəl Mövzular


Cənnətdəki mənəvi mühit necə olacaq?


Cənnətdəki mənəvi mühit necə olacaq?

Cənnət möminlərə dünyada etdikləri saleh əməllərin, göstərdikləri gözəl əxlaqın əvəzində Allah`ın verdiyi nemətdir. Ayələrdə maddi cəhətdən hər cür gözəlliyin təqdim edildiyi cənnətdə insanlara sıxıntı verən heç nəyin olmadığından bəhs edilir. Cənnətdə:

• Əmin-amanlıq var,

• Kin və nifrət yoxdur,

• Boş söz-söhbət və yalan yoxdur,

• Yorğunluq və bezikmə yoxdur,

• Qorxu və kədər yoxdur,

• Gözəl, xoşxasiyyət insanlar var,

• Cənnətdə heç kəs qocalmayacaq, hamı həmyaşıd olacaq,

• Cənnət insanın hər cəhətdən rahat olacağı yerdir.

Əlbəttə, burada sadalananlar cənnətdəki rahat və təhlükəsiz mühiti tərif edən bir neçə nümunədir. Allah bir ayədə inanmayanların cəhənnəmdə ağlasığmaz əzab çəkərkən və möminlərin cənnətdə böyük maddi-mənəvi rahatlıq içində olacaqlarını belə bildirir:

(Qiyamət günü) zalımları qazandıqları günahların qorxusundan tir-tir əsən görəcəksən. O, mütləq onların başına gələcəkdir. İman gətirib yaxşı işlər görənlər isə cənnət bağçalarında olacaqlar. Rəbbinin dərgahında onlar üçün istədikləri hər şey olacaqdır. Budur ən böyük nemət! (Şura surəsi, 22)