Cəmiyyətdəki degenerasiya ilə dinsizlik arasındakı əlaqə
Allah`ın insanlara göndərdiyi dinə təslim olmağı qəbul etməyən insanlar Quranda təbliğ edilən gözəl əxlaqa uyğun yaşamazlar və Quranda insanlara bildirilmiş hədləri qorumazlar. Allah`dan qorxub çəkinmədikləri və axirətə inanmadıqları üçün etdiklərinin hesabını verməkdən də qorxmurlar. Ona görə, dinsiz cəmiyyət hər cür əxlaqsızlığı və pisliyi qorxmadan və nəticəsini düşünmədən edən insanlardan ibarət olur. Belə cəmiyyətin sürətlə degenerasiyaya uğraması labüddür.
Çünki bu insanlar qadağan olunduğu halda, rahatlıqla oğurluq edir, insanlara zərər verir, qəzəblənir, adam öldürür, başqalarının haqqına təcavüz edir, yalan danışır, özlərindən başqa kimsəyə dəyər vermir, hər şeyi mənfəət güdərək edir, gücsüzləri əzirlər. Dindar olmadığını, ancaq əsəbi də olmadığını deyən insan bir gün dözə bilmədiyi hadisə ilə qarşılaşır və bunun əvəzində hər cür pisliyi etməkdə özünü haqlı görür. Elə əsəbiləşir ki, yeri gəldikdə, adam da öldürür.
Dinsizlik hər hansı sərhəd tanımadığı üçün cəmiyyətdəki bütün insani hissləri öldürür və qorxunc degenerasiyaya səbəb olur. Dinsiz cəmiyyətdə dinin insanlara gətirdiyi ədalət, mülayimlik, tərbiyə, mərhəmət və sevgi qətiyyən yoxdur. Ona görə, dinsizlik cəmiyyətdəki degenerasiyanın əsas mənbəyidir.