Cəhənnəmdəki peşmançılıq fayda verərmi?
Allah bütün insanlara elçiləri və kitabları vasitəsilə hər şeyi bildirmişdir. Heç bir qövmü xəbərdar edib qorxutmadan əzab göndərmir (Şüəra surəsi, 24) . Hər insan kifayət qədər öyüd alacaq və etməli olduğu hər şeyi öyrənəcək qədər yaşayır. Etməli olduqları hər şeyi bildikləri və düşünüb öyüd almaq üçün vaxtları olduğu halda, inkarlarına israrla davam edən insanlar cəhənnəmdə əbədiyyən yaşamağa layiqdirlər. Amma bu insanlar oraya girdikləri anda dünyada etdiklərinə görə çox peşman olarlar. Lakin bu peşmançılığın faydası yoxdur. Etdiklərini düzəltmək üçün dünyaya qayıtmaq istəyən kafirlərin yalvarışları faydasızdır. Çünki onlar verilən fürsəti dəyərləndirməmişlər və əbədiyyət haqlarını itirmişlər. Allah ayədə bu kafirlərin çarəsiz vəziyyətini belə bildirmişdir:
Onlar orada fəryad edib deyəcəklər: "Ey Rəbbimiz! Bizi buradan çıxart ki, saleh əməllər edək. O əməlləri yox ki (dünyada) edirik!" "Məgər orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edə biləcəyi qədər ömür vermədikmi?! Hələ sizə qorxudan peyğəmbər də gəlmişdi. Dadın (cəhənnəm əzabını)! Zalımların imdadına çatan olmaz!" (Fatir surəsi, 37)