Gözəl Mövzular


Cəhənnəmdə inkar edənlərin yeməyi və içkisi nə olacaq?


Cəhənnəmdə inkar edənlərin yeməyi və içkisi nə olacaq?

Dünyada ikən həddi aşdıqlarına görə, Allah`ın rəhmətindən uzaqlaşdırılan bu insanlara axirətdə heç bir nemət verilməyəcək. Cəhənnəmdə ancaq əzab çəkəcək inkarçılar cənnətdə möminlərə əbədiyyən bəxş edilən nemətlərdən onlara bir az da olsa vermələri üçün yalvaracaqlar (Əraf surəsi, 50) . Lakin inkarçılara haram edilmiş bu nemətlərin əvəzində onlara doyumsuz, boğazlarını tıxayan, əzab verən, hətta dözülməz aclıqlarını təmin etməyən qidalarla susuzluqlarını daima artıran içkilər veriləcək. Onlara heç bir fayda verməməsinə, hətta əzab verməsinə baxmayaraq, əbədi olaraq bu yemək və içkilərə möhtac qalacaqlar.

Cəhənnəmdə kafirlər üçün hazırlanmış, onlara əzab və iyrənclik hissi verən yemək və içkilər Quranda belə təsvir edilmişdir:

Zəqqum ağacı (Duxan surəsi, 43-46) , darı tikanı (Ğaşiyə surəsi, 6-7) cəhənnəmdəki yeməklərdəndir. Qaynar su (Vaqiə surəsi, 54-55) , irinli su (İbrahim surəsi, 16-17) qan (Haqqə surəsi, 36) cəhənnəmdəki içkilərdəndir.