Gözəl Mövzular


Boş və faydasız şeylərdən necə üz çevirmək olar? Nələr boş və faydasızdır?


Boş və faydasız şeylərdən necə üz çevirmək olar?
Nələr boş və faydasızdır?

Boş və faydasız şeylərdən üz çevirmək insanın sadəcə Allah`ın rizasına uyğun davranması ilə mümkün olar. Mömin dünyada ona verilən müddəti çox yaxşı dəyərləndirməlidir. Çünki bu dünyada etdiyi əməllər nəticəsində axirətdə əbədiyyən qalacağı yer müəyyən olunacaqdır. Ona görə də gördüyü hər işlə axirəti üçün xeyir qazanmağa çalışar. Əlbəttə, hər insan kimi danışar, əylənər, yemək yeyər, gülər, düşünər, işləyər, amma bunları edərkən daima insanlara, dinə fayda verən xeyirli şeylər düşünər.

Bundan əlavə, hər hərəkətini bir məqsədlə edər. Daima ona Allah`ın razılığını ən çox qazandıran işə yönələr. Bunu belə bir misalla izah edə bilərik: avtomobil motorlarının gücü haqqında hər insan söhbət edə bilər. Ancaq mömin görülməli daha vacib işlər varsa, saatlarla bu məsələ haqqında danışmaz. Eyni şəkildə, mömin yanında Allah`ın dinini təbliğ edəcək bir insan varsa, onunla uzun müddət idman yarışlarında hansı tərəfin qalib gələcəyi haqqında danışmaz. Çünki o anda həmin insanın Allah`ın varlığını, böyüklüyünü, cənnətə layiq olmaq və cəhənnəmdən çəkinmək üçün nələr etməli olduğunu öyrənməsi daha vacibdir.

Qısaca desək, mömin dinin və müsəlmanların xeyrinə olmayan mövzularda nə uzun-uzun söhbət edər, nə də bu mövzulara lazım olduğundan artıq vaxt ayırar. Dünya ilə bağlı söhbət edərkən daha faydalı şeylər haqqında danışar, vaxtını yaxşı dəyərləndirər. Həmin anda nəyin mənasız iş, nəyin isə faydalı şey olduğunu vicdanı və ağlı vasitəsilə ayırd edər və bu əxlaqında qətiyyətli olar. Quranda boş sözlə qarşılaşdıqda möminin davranışı belə izah edilir:

Onlar boş bir söz eşitdikləri zaman ondan üz çevirib: "Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahilləri istəmirik!" – deyirlər. (Qəsəs surəsi, 55)