Gözəl Mövzular


Axirətdə möminlər necə qarşılanacaqlar?


Axirətdə möminlər necə qarşılanacaqlar?

Möminlər ölümlə birlikdə başlayan axirət həyatında inkar edənlərdən fərqli olaraq, gözəl tərzdə, gözəl sözlə, müjdə ilə qarşılanacaqlar. "O kəslər ki, mələklər onların canlarını pak olduqları halda alıb... (Nəhl surəsi, 32) ayəsi ilə xəbər verildiyi kimi, ölərkən canları rahat, pak və təmiz halda alınacaq. Onlar hər cür qorxudan uzaq, əmin-amanlıq içindədirlər. Rəbbimizin onlara olan köməyi və fəzli sayəsində haqq-hesabları yüngül olacaq. Mələklər onları cənnətlə müjdələyəcək və nəhayət Allah`ın onlara vəd etdiyi cənnətə daxil olacaqlar:

Rəbbindən qorxanlar da dəstə-dəstə cənnətə gətiriləcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq və (cənnət) gözətçiləri: "Sizə salam olsun! Xoş gəldiniz! Əbədi qalacağınız cənnətə daxil olun!" – deyəcəklər. Onlar isə: "Bizə verdiyi vədini yerinə yetirmiş və bizi bu yerə varis etmiş Allah`a həmd olsun! Biz cənnətin istədiyimiz yerində sakin oluruq. (Yaxşı) əməllər edənlərin mükafatı necə də gözəldir!" – deyəcəklər. (Zumər surəsi, 73-74)