Gözəl Mövzular


Ana xarakterindəki “ana şəfqəti” bütün möminlərin bir-birlərinə göstərməli olduqları gözəl xüsusiyyətdir


Ana xarakterindəki “ana şəfqəti” bütün möminlərin bir-birlərinə göstərməli olduqları gözəl xüsusiyyətdir

Hər bir ana ətrafındakı təhlükələrdən tamamilə xəbərsiz və müdafiəsiz körpəsinə dərin şəfqət hissi duyur. Allah insanlara dünyaya gəldikləri andan etibarən qorunmaq üçün anaların ürəyinə şəfqət hissi ilham edir. İnsandakı bu şəfqət hissi Allahın Rəhman və Rəhim isminin təcəllisidir.

Allah anaların övladlarına qarşı hiss etdikləri bu dərin şəfqət hissini heyvanlarda da eyni şəkildə yaratmışdır. Elm heyvanların balalarını müdafiə etmək üçün göstərdikləri fədakarlıqları təccüblə izləyir. Əlbəttə ki, Allah heyvanların bu davranışlarında insanlar üçün ibrətlər və nümunələr yaratmışdır.

Allahın insanların qəlbinə ilham etdiyi bu şəfqət hissinin bir çox hikməti var. Həyata gözlərini açdığı andan etibarən yaşayacağı dünya haqqında heç bir məlumatı olmayan, yaxşını-pisi, doğrunu-yanlışı, rahatlığı və təhlükəni bilməyən, özünü qorumağa acizlik çəkən, ehtiyaclarından və bunları necə həll edəcəyindən bixəbər olan bir varlığı Allah ana şəfqətini vəsilə edərək qoruyur.

İnsanların bir-birlərinə qarşı münasibətlərində də ana şəfqəti ölçü və nümunə olmalıdır. Belə ki, bir ana müdafiəsiz körpəsinə daim diqqət və şəfqət göstərirsə və onu özbaşına buraxmırsa, hər an, hər yerdə üstünlüyü mütləq körpəsinə verirsə, ideal şəfqət anlayışında da məhz bu davranış əsas götürülməlidir. Ana heç bir mənfəət gözləmədən uşağına qarşı fədakarlıq edir, nə olursa olsun uşağının rahatlığını, güvənini və ehtiyaclarını özününkündən üstün tutur. Məhz insanlar da bir-birlərinə qarşı belə şəfqətlə yanaşmalıdırlar. Belə ki, ana nə qədər yorğun, yuxusuz, gücsüz, xəstə olsa da, şəfqət və qayğısını əksiltmirsə, insanlar arasındakı mərhəmət də eynilə bu dərəcədə olmalıdır.

Ancaq, əlbəttə ki, belə güclü şəfqət anlayışını yalnız Allah qorxusu ilə qazanmaq olar. Allah uşaqların qorunması üçün anaya bu şəfqət hissini ilham edərək onlarla necə davranacağını bildirir. Ancaq bir insan şəfqət anlayışını həyatı boyu davam etdirmək üçün mütləq Allahdan qorxmalı, Quran əxlaqına tabe olmalıdır.

İman gətirməyən insanlar belə dərin mərhəməti ancaq mənfəət güddükləri insanlara göstərirlər. Bunu da ancaq müvəqqəti davam etdirirlər.

Möminlər isə şəfqətli və mərhəmətli olmağı, xarakterlərinin bir hissəsi kimi bütün həyatları boyu yaşayırlar. Allahın insanlara nümunə kimi göstərdiyi ana şəfqətini də sadəcə xarakter kimi dəyərləndirirlər. Birlikdə olduqları möminləri ananın övladını qoruduğu kimi, hətta daha da çox qoruyarlar. Müsəlman qardaş-bacılarını, dostları və yaxınları kimi sevər, sayar, onlara qarşı hörmətsizlik etməz. Ancaq şəfqət göstərərkən eynilə bir ananın övladına sahib çıxıb, onun hər ehtiyacını, sıxıntısını, ürəyindən keçəni dilinə gətirmədən dərhal hiss edərək həll edərlər. Onların problemlərini, ehtiyaclarını, sıxıntılarını özlərininkindən üstün tutarlar. Ən çətin şəraitlərdə belə ilk növbədə müsəlman qardaş-bacılarını qorumaqdan boyun qaçırmazlar.

Ancaq ana şəfqəti dedikdə, əlbəttə ki, qarşısındakı insanı uşaq yerinə qoyaraq, özünü ondan daha təcrübəli, daha ağıllı, daha elmli göstərmək başa düşülməməlidir. Şəfqət anlayışı tamamilə təvazökarlıq çərçivəsindən çıxmamalıdır. Bəzən bir insanın şəfqət göstərdiyi şəxs özündən daha yaşlı ola bilər. Burada əsas şərt o insanı qoruyarkən ehtiyacını ona hiss etdirmədən fədakarca etməkdir. Möminlərdə olan ana şəfqəti iman gətirənlərin bir-birlərinə hiss etdikləri sevginin əsas əlamətidir. Çünki ancaq heç bir mənfəət güdmədən, yalnız Allah rizası üçün sevən bir insan belə yüksək əxlaq göstərə bilər. Dolayısilə, bu əxlaqını müsəlmanlar arasında ayrı-seçkilik etmədən və daima göstərməsi bu insanın səmimi iman gətirdiyinin əsas əlamətidir.

Quranda möminlərin bir-birlərinə qarşı göstərməli olduqları şəfqət anlayışını Allah bir ayədə belə bildirmişdir:

(Kafirlərin) bəzi zümrələrinə verdiyimizə rəğbət gözü ilə baxma, onlardan ötrü kədərlənmə, möminləri qanadının altına al. ( Hicr surəsi, 88)