Allah`a hicrət etmək
Hicrət etmək insanın bir yerdən başqa yerə getməsi, daha doğrusu, köç etməsidir. Allah`a hicrət etmək isə insanın Allah`ı tanıdıqdan, Quranı oxuyub anladıqdan sonra keçmişdəki hər cür yanlış davranışını, düşüncəsini, vərdişlərini, qısaca desək, hər şeyini tərk edib sadəcə Allah`a üz tutması və ancaq Onun istədiyi kimi yaşamasıdır.
Hz. İbrahim doğrunu gördüyü anda ətrafındakı insanların həyat tərzindən tamamilə uzaqlaşaraq dərhal Allah`a hicrət etmiş müsəlmandır. Hz. Lut da hz. İbrahim kimi üstün əxlaq göstərərək Rəbbimizə üz tutan peyğəmbərdir. Quranda hz. Lutun bu davranışı belə xəbər verilir:
Lut ona iman gətirdi. Dedi: "Mən Rəbbimin yanına hicrət edirəm. Həqiqətən, O, qüdrətlidir, müdrikdir". (Ənkəbut surəsi, 26)