Allah rizası üçün yaşamaq nə deməkdir?
Bütün həyatını Allah`a həsr etməyi dərk etmək üçün, əvvəlcə, həyatın həqiqi mahiyyətini bilmək lazımdır. Allah həyatın həqiqi mənasını belə bildirir:
Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, qüdrətlidir, bağışlayandır. (Mülk surəsi, 2)
Ayədə bildirildiyi kimi, bütün insanlar davranışları ilə sınanırlar. Gözəl davrananlar, bunun nəticəsində, Allah`ın razılığını qazanaraq cənnətə girməyi arzu edirlər. Bunun üçün həyatlarının hər anını bu cür davranmalı olduqlarını bilirlər.
Lakin bəzi insanlar düşünürlər ki, sadəcə ibadət etmək və haramlardan çəkinmək Allah rizası üçündür, qalan vaxtların isə dinlə əlaqəsi yoxdur. Halbuki, insan yaşadığı hər an, hər söhbətində, ağlından keçirdiyi hər düşüncədə, gördüyü hər işdə Allah`ı daha çox razı etməyin yolunu axtarmalıdır. Məsələn, dünyada hər insan işləyir və pul qazanır. Ancaq həyatını Allah üçün yaşayan insan Allah`ın dininə daha artıq xidmət etmək üçün işləyir və qazancından ehtiyacı olanı götürərək qalanını Allah rizası üçün sərf edər. Bu insan hər söhbətində Allah`ı ən çox razı edən mövzulardan bəhs edər. İnsanlara Allah`ı xatırladar, pisliklərdən çəkindirərək yaxşılığı əmr edər. Ətrafını və dostlarını Allah`ın razılığını qazanan insanlardan seçər. Bu seçimi edərkən dünyəvi mənfəətlərini və ya din əxlaqına uyğun yaşamayan insanların prinsiplərini nəzərə almaz. Hər an: "Hal-hazırda Allah`ı necə razı sala bilərəm?", - deyə düşünər.
Dinin ən əsas şərtlərindən biri həyatı tamamilə Allah`a həsr etməkdir. Ona görə, Allah möminlərə belə demələrini əmr edir:
De: "Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! (Ənam surəsi, 162)