Gözəl Mövzular


Ağlınızı məşğul edən bir şey olduğu zaman dərhal dünyadakı müsəlmanların yaşadıqları çətinlikləri düşünün. “Çox böyük problem” olduğunu zənn etdiyiniz mövzuların, əslində nə qədər əhəmiyyətsiz şeylər olduğunu daha yaxşı görə biləcəksiniz


Ağlınızı məşğul edən bir şey olduğu zaman dərhal dünyadakı müsəlmanların yaşadıqları çətinlikləri düşünün. “Çox böyük problem” olduğunu zənn etdiyiniz mövzuların, əslində nə qədər əhəmiyyətsiz şeylər olduğunu daha yaxşı görə biləcəksiniz
Dünyadakı milyardlarla insanın hər biri müxtəlif həyat tərzi keçirir. Heç birinin həyatı başqasının həyatına bənzəmir. Amma bir problem yaşadıqlarında, ya da bir çətinliklə qarşılaşdıqlarında hər biri “dünyanın ən böyük dərdinin” özlərində olduğunu zənn edirlər.
Bəzən verdiyi bir imtahanda müvəffəqiyyətsiz olan, bəzən istədiyi bir paltarı ala bilməyən, bəzən saçlarına istədiyi formanı verə bilməyən, pəhriz saxlamaqda və arıqlamaqda çətinlik çəkən, bəzən xoşlamadıqları biri ilə iş yerində bir kollektivdə işləmək məcburiyyətində qalan insanlar böyük bir çətinlik yaşadıqlarını zənn edirlər. Eyni şəkildə, bir nəfərin söylədiyi sözdən pis məna çıxardan, ən yaxşı yoldaşı ilə arası dəyən, gündəlik həyatda bir hadisədə haqsızlığa uğradığını düşünən, qarşısındakı adam haqqında şübhəyə düşən, kifayət qədər sevilmədiyini, ya da ona əhəmiyyət verilmədiyini düşünərək özünə qapanan insanlar “həyatlarının alt-üst olduğunu” düşünərlər. Günlərlə dillərindən bu mövzunu salmaz, nə qədər zərər çəkdiklərini, nə qədər çətin vəziyyətdə qaldıqlarını və nə qədər acı çəkdiklərini izah edərlər. Gün ərzində ən çox bu mövzu ilə məşğul olarlar. Axşam yataqlarına uzandıqları zaman, yolda avtomobildə gedərkən, nahar edərkən, qısacası, demək olar ki, hər yerdə “bu böyük dərdlərini” düşünərlər.
Halbuki aydındır ki, bunların heç biri “dərd” deyil. Ümumiyyətlə, insanların qarşılaşdıqları hadisələrin heç biri “dərd” deyil. Ustəlik, əgər bu insanlar yaşadıqlarından daha ağır problemlərlə qarşılaşsaydılar belə, bunlar yenə də “həyatlarını alt-üst edən” hadisələr olmayacaqdı. Ciddi sağlamlıq problemi, ağır bir əməliyyat, böyük maddi borclar, işsizlik, ya da ağır iş şəraiti, ailədə yaşanan problemlər də ola bilərdi. Amma bunlar da insanların özlərini “dünyanın ən dərdli insanı” olaraq görmələri üçün bir səbəb deyil.
Hər şeydən əvvəl Quran əxlaqını bilən bir insan üçün dünyada “dərd” deyilən bir şey yoxdur. Allahın xeyir olaraq yaratdığı hikmət dolu hadisələr vardır. Allahın o adamın imanını, Allaha olan etibarını, sədaqətini, gözəl əxlaqını sınamaq üçün yaratdığı imtahanlar vardır. Bu barədə unudulmamalı ən vacib şeylərdən biri də budur: lehinə və ya əleyhinə kimi görünən bütün hadisələr mömin üçün yalnız “xeyirdir”. Bunlar onun ehtiyacı olan, onu ən gözəl şəkildə öyrədəcək, ona ən çox fayda verəcək, dünyada və axirətdə ona ən gözəl nəticələri qazandıracaq hadisələrdir.
Bununla yanaşı, yaşadığı bir çətinlik səbəbindən özünü dünyanın ən böyük problemi ilə qarşı-qarşıya zənn edən bir insanın dünyanın hər tərəfindəki Müsəlmanların nələr yaşadıqlarını düşünməsi də, öz problemlərinin əslində nə qədər bəsit və nə qədər asan həll oluna bilən hadisələr olduğunu anlaması üçün əhəmiyyətli bir vəsilədir. Şərqi Türküstanda, Fələstində, İraqda, Əfqanıstanda, Krımda, Kərkükdə, Moroda və dünyanın daha bir çox bölgəsində Müsəlmanların yaşadığı zülm və təzyiqlərin yanında öz ağlını məşğul edən bir quru iddianin əhəmiyyətsizliyini qavraması daha sürətli olar.
On illərdir İslam dünyasında davam edən qarşıdurmalar, fitnələr, təzyiq və zülm minlərlə günahsız Müsəlmanın həyatına son qoymuş, on minlərlə insan şikəst qalmış, milyonlarla müsəlman evsiz qalıb yurdlarından sürgün olunmuş, bir çoxu da yalnız inanclarına və düşüncələrinə görə həbs olunmuşlar. Şərqi Türküstanda sırf Müsəlman olduqları üçün gənc qızlar, uşaqlar, yaşlılar çox böyük zülmə məruz qalmaqla yanaşı, insanlar səbəbsiz olaraq edam edilir, həbs edilir, işgəncə görürlər. Məscidə gedənlərin maaşı kəsilir, Müsəlmanların ibadət etmələrinə icazə verilmir. 1965-ci ildən sonrakı qırğınlarla birlikdə 60 il içində 35 milyon Uyğur Müsəlmanı soyqırıma məruz qalmışdır. Şərqi Türkistanda ötən ilin iyul ayında 796 MÜSƏLMAN qeyri-qanuni yolla, özlərini hüquqi yolla müdafiə etmələrinə icazə verilmədən EDAM EDİLƏRƏK ŞƏHİD EDİLMİŞLƏR.

Bu insanların cənazə namazlarının da qılınmasına icazə verilməmişdir. Küçələrin cəsədlərlə dolduğu o günlərdə BİR GECƏDƏ 10 MİN MÜSƏLMAN İTMİŞ, 100 MİN UYĞUR TÜRK QADINI EVLƏRİNDƏN ZORLA APARILMIŞDIR. Bu bacılarımız ölüm təhdidi ilə qeyri-qanuni əlaqəyə məcbur edilirlər. Bir gecədə itən 10 min Müsəlmanın aqibətinin necə olduğu isə hələ də bilinmir. Bu günahsız insanların şəhid edilmə ehtimalları çox yüksəkdir. Çin hökuməti 10 min Uyğurlu Müsəlmanın və 100 min Uyğurlu bacımızın harada olduqlarına dair heç bir açıqlama vermir.
Şərqi Türküstanda yaşanan bu hadisələr dünya Müsəlmanların yaşadıqları ağrıların və çətinliklərin yalnız bir hissəsidir. Şərqi Türküstan kimi Fələstində də Müsəlmanlar yarım əsrdən artıqdır qətl edilir, öz torpaqlarında sürgün həyatı yaşayırlar. İraqda yaşanan qarışıqlıqların və ölənlərin ardı-arxası kəsilmir. Kərküklü qardaşlarımız ölüm qorxusu ilə yaşayırlar. Krımda Müsəlmanlar çətinliklər altında varlıqlarını davam etdirməyə çalışırlar. Əfqanıstanda demək olar ki, hər gün Müsəlman qanı tökülür. Pakistanda isə minlərlə Müsəlman öz ölkəsində mühacir həyatı yaşayır. Yaxın keçmişdə Bosniyalı Müsəlmanlar bütün dünyanın gözü qarşısında Avropanın mərkəzində mərhəmətsizcə soyqırıma məruz qalmışlar. Bir çox ölkədə həbsxanalar düşüncələrinə və inanclarına görə həbs olunmuş Müsəlmanlarla doludur. Müsəlmanlar demək olar ki, bir əsrdir təzyiq altında mərhəmətsizcə əzilməkdədirlər.
Beləliklə, imtahandan alınan uğursuz nəticə, yoldaşı ona soyuq davrandığı, gedəcəyi bir yerə gecikdiyi, ya da istədiyi bir şeyi ala bilmədiyi üçün “böyük dərd sahibi olduğunu” düşünən insanların özlərini bu insanların yerlərinə qoyaraq düşünmələri və Allahın özlərinə lütf etdiyi nemətlər üçün şükr etmələri lazımdır. Fələstində küçədə bombardman altında qalan, qarşıdurmalarda analarını-atalarını itirən, özünə baxacaq, böyüdəcək vəziyyətdə olmayan, məruz qaldıqları pis həyat şəraitinə görə bir çox xəstəliyə tutulan, soyuq hava şəraitində geyəcək paltarları belə olmayıb küçələrdə yaşayan kiçik uşaqları düşünməlidirlər. Etibarlı və qorunan bir yerdə, isti bir evdə, gözəl nemətlər içində yaşadıqları üçün Allaha həmd etməlidirlər. Sağlamlıqları, səhhətləri yerində olduğu üçün, təhlükə altında olmadıqları üçün, “hücum olarmı, bombalama olarmı, işgəncə olarmı, qaçmaq məcburiyyətində qalarıqmı, dostlarıma bir şey edərlərmi, sığınacaq üçün etibarlı bir yer tapa bilərikmi?” bunları düşünmədən istədikləri zaman istədikləri yerdə rahat yata bildikləri üçün Allaha şükr etməlidirlər. Müsəlman qardaşlarımız bu qədər çətin, etibarsız və təhlükəli bir həyat yaşayarkən, sırf bir gün, bir anlıq çətinlik yaşadılar deyə, bütün bunları unudub öz problemlərinə sarılmamalıdırlar. “Allah məni çox çətin şəraitdə yaşada bilərdi, bunlardan daha böyük çətinliklərlə sınaya bilərdi. Allaha həmd olsun. Mənim bu qədər nemət içərisində kiçik bir şeydən şikayət etməyim Allahın bu lütfünə qarşı nankorluq ola bilər” deyərək dərhal öz problemlərindən keçib Allaha şükr etməlidirlər.
Müsəlman başına dünyada ola biləcək ən çətin imtahanlar gəlsə də, sonsuz nemət verilsə də yenə bu şəkildə düşünər. Əlindəki nemətləri düşünüb yenə Allaha şükr edər. Şərqi Türkistanda olsa da, Fələstində olsa da, təzyiq, zülm və işgəncə altında olsa da daim Allaha şükr edər. Allah özünə ağıl, iman, vicdan verdiyi üçün, Uca Rəbbimizi tanıma və sevmə imkanı verdiyi üçün, Allahın razılığını qazanma istəyi verdiyi üçün mütləq Allahdan və yaşadıqlarından şad olar.
Çünki Allah kimə nə şəkildə bir sınaq təqdir etmişsə, bu o adam üçün ən gözəl olandır. Əlbəttə, gözəl əxlaqla səbr edənlərin əcrini Allah dünyada da axirətdə inşaAllah verəcək.